Deputat: “İlham Əliyevin seçilməsi zamanın tələbidir”
5-08-2013, 14:40
Oxunub: 5 771
Nəriman Əliyev: “Azərbaycan xalqı bu dəfə də seçimdə yanılmayacaq”
“İlham Əliyevin seçilməsi zamanın tələbidir və Azərbaycan xalqı bu dəfə də seçimdə yanılmayacaq”. Bu sözləri editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəriman Əliyev söyləyib.
Onun sözlərinə görə, bunu Azərbaycanı məqsədli şəkildə gözdən salmaq istəyən beynəlxalq dairələrdə də, müxalifətdə də bilirlər:“Sadəcə onlar bu reallıqla barışmaq istəmirlər. Başa düşürlər ki, cəmiyyətdən heç bir ictimai dəstəkləri yoxdur və bu səbəbdən seçki prosesini ləkələməyə çalışırlar. İndi bütün dünya dövlətləri, o cümlədən Qərb, Avropa və MDB ölkələri prezident İlham Əliyevlə hesablaşır. Artıq Azərbaycan güc mərkəzlərindən birinə çevrilib. İndi onlar Azərbaycandan kömək istəyirlər və Azərbaycan özü xarici ölkələrə yardım edir. Bütün dünyada iqtisadi böhran gedir, Azərbaycanda isə sürətli inkişaf və yenidənqurma işləri davam edir. Azərbaycan xalqı Ulu Öndərin ideyalarına və Prezident İlham Əliyevin siyasətinə sadiqdir. Hamı çalışır ki, Azərbaycanda indiki sabitlik və müstəqillik qorunub saxlanılsın. Yeni Azərbaycan Partiyasının (YAP) cənab İlham Əliyevin namizədliyini növbəti dəfə irəli sürməsi Azərbaycan xalqı tərəfindən məmnuniyyət hissi ilə qarşılandı və qədirbilən Azərbaycan xalqı bundan öncəki seçkilərdə olduğu kimi, qarşıdakı seçkilərdə də cənab prezidentə səs verəcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər