"İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi gücünü əyani nümayiş etdirdi"
24-09-2021, 12:14
Oxunub: 3 144
"Azərbaycan uzun müddət öz potensialının möhkəmləndirilməsi üzərində çalışırdı. Görülmüş kompleks tədbirlər güclü hərbi qüvvə yaratmağa imkan verdi. İkinci Qarabağ müharibəsi də bunu əyani nümayiş etdirdi".
Bolgexeber.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.
"Biz uzun müddət öz potensialımızın möhkəmləndirilməsi üzərində çalışırdıq. Bunu ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə həyata keçirirdik. Çünki hansısa maliyyə təsirindən, yaxud kredit resurslarından asılı olduğumuz zaman Azərbaycanın Silahlı Qüvvələrini modernləşdirə bilməzdik. Bu səbəbdən, demək olar ki, Prezident vəzifəsinə gəldiyim ilk gündən etibarən iqtisadi müstəqilliyin təmin edilməsi üzərində işlərə başlanıldı. Hesab edirəm ki, 6-7 ilə buna nail ola bildik”, - dövlət başçısı bildirib.
Prezident əlavə edib ki, müasir silahlanma və hərbi texnikanın alınması baxımından Azərbaycanın Silahlı Qüvvələrinin modernləşdirilməsi də sürətli templə həyata keçirilirdi.
"Təbii ki, ordumuzun döyüş qabiliyyətinin artırılması üzərində gündəlik iş aparılırdı... Görülmüş kompleks tədbirlər güclü hərbi qüvvə yaratmağa imkan verdi. İkinci Qarabağ müharibəsi də bunu əyani nümayiş etdirdi. Biz, 2016-cı il aprel döyüşləri zamanı öz imkanlarımızı məhdud şəkildə nümayiş etdirdik. Həmin vaxt torpaqlarımızın bir hissəsi işğaldan azad edildi və biz Ermənistan tərəfinə hər şeyi götür-qoy etməyə və işğala son verməklə bağlı qərar qəbul etməyə imkan yaratdıq. Lakin təəssüf ki, həmin vaxt bizim dayanmağımız Ermənistan tərəfindən düzgün anlaşılmadı və bunun da cəzasını çəkdilər”, - İlham Əliyev deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər