"Azərbaycan tam müstəqil daxili və xarici siyasət yürüdür" - Dövlət başçısı
11-10-2021, 13:29
Oxunub: 3 344
"Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, təxminən, 30 il ərzində Azərbaycan ərazilərinin 20%-dək hissəsini işğal altında saxlayıb və həm öz ərazisində, həm də Azərbaycan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciəti zamanı deyib.
"Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistanın Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini yerinə yetirməkdən imtina etdiyinə görə heç bir sanksiya ilə üzləşmədi. Ermənistan daha da irəli gedərək dövlət sərhədində və cəbhə xəttində hərbi təxribatlara əl atmaqla Azərbaycanı yeni müharibə ilə hədələməyə başladı”, - dövlət başçısı bildirib.
O, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücuma başladığını və buna cavab olaraq, Azərbaycan ordusunun öz ərazilərində əks-hücum əməliyyatları keçirərək işğal edilmiş əraziləri azad etdiyini xatırladıb.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını diqqətə çatdırıb: "44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. Azərbaycan hərbi-siyasi yollarla Bmt Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan 4 qətnaməsinin icra edilməsini təmin etdi, 30 illik münaqişəni həll etdi, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər