BolgeXeber.Com » Siyasət » Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib

20-12-2021, 18:48
Oxunub: 2 408 Hərbi-siyasi blok olan Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır. Ölkə ərazisinin və onun vətəndaşlarının tam müdafiəsi Azərbaycan Respublikası Konstitusiyasının əsas tələblərindəndir.Azərbaycan Alyansın dəyərli tərəfdaşıdır. Azərbaycan-NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb.Prezident İlham Əliyev respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin NATO rəhbərliyi ilə bu günə qədər yeddi dəfə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir.Azərbaycan Respublikası Avroatlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. Azərbaycan NATO-nun hərbi təlimlərində mütəmadi iştirak edir. 20 noyabr 2002-ci il tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti Əfqanıstandakı əməliyyata cəlb olunmuşdur. 15 yanvar 2008-ci il tarixində Əfqanıstanda xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfər çatdırılmış və sonarkı illərdə bu rəqəm daha iki dəfə artırılmışdır. NATO ilə əməkdaşlıq fəaliyyəti çərçivəsində tədbirlərdə iştirak edərək Azərbaycan öz milli mülki müdafiə və fəlakət hallarının idarə olunması imkanlarını inkişaf etdirir. NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir və gələcəkdə bu ölkələrin coğrafiyası genişlənə bilər. Azərbaycan enerji təchizatı sahəsində etibarlı tərəfdaşıdır.
Azərbaycan postmüharibə mərhələsinə kimsədən asılı olmayan və iqtisadiyyatı dinamik inkişaf edən müstəqil dövlət kimi qədəm qoyub. Ölkə istənilən meyar və istənilən parametr üzrə heçkimdən asılı deyil. Azərbaycan xarici borcun azlığı, iqtisadi artım və adambaşına düşən valyuta ehtiyatları baxımından ən qabaqcıl yerlərdədir. Azərbaycanın Dövlət Neft Fondu bütün parametrlər, bütün meyarlar üzrə dünyanın 60-dan artıq suveren fondları sırasında beşinci yerdədir. Onuda nəzərə çatdırmaq lazımdır ki, Azərbaycan bütün bunlara əraziləri işğal altında olan və bütövlükdə çox çətin geosiyası vəziyyətdə olan ölkə kimi nail olub. Bütün bunların nəticəsində Azərbaycan Cənubi Qafqazda iqtisadi, sosial və siyasi sabitliyə nail olmuş yeganə dövlətdir və hazırda bölgənin sərmayə qoyula bilən ən əlverişli məkanıdır. Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. İndiki zamanda ən başlıca məsələni Azərbaycan-Ermənistan münasibətləri daşıyır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması, insanlar arasında münasibətlərin yaradılması və digər məsələlərdə Minsk qrupu öz fikirlərini verə bilər. Azərbaycan-Türkiyə-Ermənistan sərhədlərində ən başlıca yeri Zəngəzur dəhlizi tutur. Zəngəzur dəhlizi ilə bağlı iqtisadi əlaqələrin bərpası ilə bağlı ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Respublikasının Prezidenti İham Əliyev tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapmışdır. Bu Bəyannamədə deyilir ki, Azərbaycan Ermənistanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün maneəsiz çıxış və təhlükəsizlik təmin edilməlidir. Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasına çıxışın əldə olunması ilə yanaşı, həmdə
Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmiryolu əlaqəsi üçündür.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüş keçirilmişdir. Konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.Aİ-nin təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyat daşıyır. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğunu bildirib. Azərbaycanın mülki vətəndaşları minalardan əziyyət çəkir. Bu günə qədər 200-ə yaxın insan mina partlaması nəticəsində yaralanıb və ya həlak olmuşdur. Digər məsələlərdən olan kommunikasiya və nəqliyyat xətlərinin açılması ilə bağlı məsələ geniş müzakirə olunub. Kommunikasiya və nəqliyyat xətlərinin açılması, o cümlədən Ermənistan ərazisindən dəmir yolu xəttinin çəkilməsi, sərhəd nəzarət məsələlərinin və avtomobil yolunun maşrutu qarşılıqlı prinsip əsasında təmin olunmalıdır. Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin aradan qaldırılması və sülhün bərqərar olunması üçün iki dövlət arasında hərtərəfli sülh müqaviləsi imzalanmalıdır. Yekun olaraq, Azərbaycan ilə NATO arasında həmçinin Avropa İttifaqı ilə də əlaqələr uğurla inkişaf edir.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin mühəndisi - Nəcəfova Lamiyə