Erməni mətbuatı Şeyxi təhqir etdi
26-05-2011, 15:05
Oxunub: 7 313
Ermənistanın www.voskanapat.info xəbər saytı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Hacı Allahşükür Paşazadəni təhqir edən, ona ağır ittihamlar irəli sürən material dərc edib.
Bo0lgexeber.com-un məlumatına görə, böyük həcmdə verilən materialda Paşazadə inşaat materiallarının Azərbaycana idxalı üzrə inhisarçı kimi, dini icmaların qeydiyyatında tacir rolunda, insanları evlərindən çıxaran, müxtəlif əyləncə mərkəzlərinin sahibi kimi qələmə verilib. Hətta sayt redaksiyasında şeyxin səhv hərəkətləri və cinayət arxivində məlumatlar olduğunu vurğulanıb.
Materialın müəllifi redaksiyanın divarında Paşazadənin kəlamlarındansa, şəklini asmağı təklif etdiyini bildirib. Müəllif qeyd edib ki, şeyxin üzü onun fikirlərini və mahiyyətini daha çox bəlağətlə əks etdirir. Yazıda Paşazadə QMİ sədri postuna ikinci dəfə seçildiyindən onun şəxsiyyətini təhqir etməkdən belə çəkinməyiblər. Yazıda Paşazadə “ikinci dəfə ömürlük axmaq” kimi bəhs edilib. Müəllif məqaləyə “Шейх уль-Идиот” adı verib.
Erməni mətbuatının bu təhqirinə cavab olaraq öz növbəmizdə bildiririk ki, belə bir məqalənin yazılması əsl erməni mahiyyətini üzə çıxarır. Dini lideri təhqir etmək tolerantlıqdan və mənəviyyatdan uzaqdır. Bu məqalə ilə tanış olan dünya ictimaiyyəti ermənilərin gerçək əxlaqını görə bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər