Hakimiyyət seçkiyə belə hazırlaşır?
25-08-2013, 15:00
Oxunub: 5 807
Mirvari Qəhrəmanlı: «Xalqa 94-cü ildə nə ediblərsə, həmin peyvəndin vaxtı da keçmir»
Bu gün Bakıda aparılan söküntü işlərini görəndə 2013-cü ilin heç də seçki ili olduğunu düşünmək olmur. Adətən, seçki ilində söküntü işlərini müvəqqəti dayandırır, bununla da kompensasiya məsələsində yol verdikləri ədalətsizliklərin davamını seçkidən sonraya saxlayırdılar.
Lakin seçiciləri ələ almağa hesablanan bu addımı hökumət heç builki seçki ərəfəsində də atmaq istəmir. Paytaxta ötəri göz gəzdirməklə Bakıda sökülməyən çox az ərazi tapmaq olar. Papanindən tutmuş, Zığ dairəsi, Sulutəpə, Xutor və adını çəkmədiyimiz digər ərazilər artıq çoxdan söküntünün badına gedib. YUNESKO-nun tarixi abidələr siyahısına düşən Içərişəhərdə də sökhasökdüsə, artıq deməyə söz də qalmır. Görəsən, hakimiyyət seçki ilində söküntünü daha da intensivləşdirməklə nə demək, belə bir addımla xalqa nəyi aşılamaq istəyir?
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hakimiyyətin artıq xalqa əhəmiyyət vermədiyini, əhali ilə hesablaşmadığını vurğulayaraq, iqtidarın neft pullarını eninə-uzununa xərclədiyini deyir. Hüquq müdafiəçisinin sözlərinə görə, ölkədə hər şey neft pullarından asılı vəziyyətə düşüb. Böyük layihələr adətən neft pullarının hesabına maliyyələşdiyindən belə bir durum yaranıb: “Hakimiyyət heç vaxt xalqın güzəranı ilə maraqlanmayıb. Sadəcə, onlara layihələr və pulların xərclənməsi lazımdır. Azərbaycan xalqı bu gün özünü müdafiə etmək qabiliyyətində deyil. Ölkə əhalisi bu gün haqqını müdafiə etməkdən qorxmuş bir durumdadır. Yerlərdə kiçik padşahlar, insanların canında isə məmur qorxusu var. Xalqa 94-cü ildə nə ediblərsə, həmin peyvəndin vaxtı da keçmir”.
M.Qəhrəmanlı onu da qeyd edir ki, insanlar bu illərdə nə qazanıb nə uduzduğunu artıq götür-qoy etməlidir. Onlar kütləvilik xarakteri daşıyan haqqın pozulması kimi məsələləri çözməli və seçimini etməlidir: “Azərbaycan xalqı düşünməlidir ki, mövcud hakimiyyət bu illərdə onların haqqını müdafiə edib maraqlarını təmin edibmi? Seçim xalqın özünə qalıb: ya istəyirlər əllərindən axırıncı qəpiklərini də versinlər, ya da həqiqətən, bütün hüquqlarını qorumaq üçün şəffaf, ədalətli seçki keçirilməsinə nail olsunlar, istədikləri namizədə səs versinlər. Problem də budur”.
Nigar
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər