BolgeXeber.Com » Siyasət » Azərbaycanda müharibə əlilləri və şəhid ailəsi üçün Prezident təqaüdləri artırıldı
Azərbaycanda müharibə əlilləri və şəhid ailəsi üçün Prezident təqaüdləri artırıldı
28-08-2013, 21:25
Oxunub: 6 594
Nazirlər Kabinetinə bu sərəcamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müharibə əlillərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə sərəncam imzalayıb.
Sərəncamda qərara alınıb ki, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 110 manat, II qrup müharibə əlillərinə 85 manat, III qrup müharibə əlillərinə 60 manat müəyyən edilsin.
Sərəncamda deyilib ki, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilsin:
"I qrup müharibə əlillərinə - 110 manat
II qrup müharibə əlillərinə - 85 manat
III qrup müharibə əlillərinə - 60 manat".
Sərəncama görə, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli 565 nömrəli Fərman ləğv edilir.
Prezidentin digər sərəncamı ilə "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" artırılıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği artırılaraq 2013-cü il sentyabrın 1-dən 200 (iki yüz) manat müəyyən edilsin.
Sərəncama görə, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının 1-ci hissəsində "165 (yüz altmış beş)" sözləri "200 (iki yüz)" sözləri ilə əvəz edilsin.
Nazirlər Kabinetinə bu sərəcamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər