Prezident Avropa İttifaqı ilə bağlı tapşırıqlar verdi
21-02-2022, 15:10
Oxunub: 3 704
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekabrında Prezident Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Ermənistanın baş nazirinin də iştirakı ilə keçirilən görüşün əhəmiyyətini vurğulayıb. Brüssel gündəliyinin önəmini diqqətə çatdıran Prezident İlham Əliyev bu xüsusda müzakirələrin və praktiki işin aparılmasının vacibliyini qeyd edib, həmçinin Azərbaycana minaların təmizlənməsi prosesində veriləcək dəstəyin təqdir olunduğunu deyib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bəyan edib.
Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırıb. Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı dörd mindən artıq insanın itkin düşdüyünü xatırladan Prezident İlham Əliyev ötən il Brüsseldə və cari il fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dördlü formatda keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfinin konstruktiv formada davranmasının vacibliyini diqqətə çatdırdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər