BolgeXeber.Com » Siyasət » Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

11-04-2022, 10:43
Oxunub: 3 464 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 aprel 2022-ci il tarixdə Brüsseldə  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşü keçirilmişdir.Görüşdə ölkəmizin haqlı mövqeyi bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırılmışdır.
Bu gün Azərbaycan iqtisadi, mədəni, hərbi ,siyasi, idman və digər sahələrdə Cənubi Qafqaz regionunun lider dövlətidir. Bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğunu siyasi kursun məntiqi nəticəsidir, hansı ki cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın günü-gündən artan gücü siyasi sahədə özünü aydın göstərir, regionda baş verən bütün proseslər onun iştirakı ilə həll edilir.
Azərbaycan xarici siyasət prioritetlərini milli maraqlara həmçinin beynəlxalq hüquq normalarına uyğun müstəqil şəkildə müəyyən edir. Cənab İlham Əliyevin bilavasitə başçılığı ilə dövlətimiz beynəlxalq aləmdə böyük nüfuz qazanmış, beynəlxalq münasibətlərin mühüm faktoruna çevrilmiş, regionda və dünyada baş verən proseslərdə öz müstəqil mövqeyini sərgiləmişdir. Bu mənada son Brüssel görüşü Azərbaycan diplomatiyasının uğurunu, həmçinin  cənab İlham Əliyevin Cənubi Qafqazda lider statusunu bir daha təsdiq edir.
Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi Prezident İlham Əliyevin siyasətçi kimi fenomenal xüsusiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Belə ki,cənab İlham Əliyev Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan, BMT-nin qətnamələri ilə təsdiq edilən ərazi bütövlüyünü xalqa arxalanaraq heç bir xarici kömək olmadan təmin etdi. Müharibə dövründə Ermənistanın qeyri-insani davranışlarına, müharibə qanunlarını kobudcasına pozmasına və s. provokasiya xarakterli hərəkətlərinə rəğmən Azərbaycan tərəfi beynəlxalq hüquq və humanitar normalara əməl etdi, daim sülhün, insanpərvərliyin yanında olduğunu və bəşəri dəyərlərə hörmət bəslədiyini göstərdi. Azərbaycan Prezidentinin siyasi bacarığı sayəsində erməni yalanları ifşa olundu.
Azərbaycanın geosiyasi mövqeyi burada bir çox güclərin, o cümlədən Avropa İttifaqının da maraqlarının olduğunu açıq-aydın göstərir. Azərbaycanın qələbəsindən sonra Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yeni məcraya qədəm qoydu. Bu baxımdan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasında Brüsseldə keçirilən son görüş dünya ictimaiyyətinin xüsusilə diqqət mərkəzində olmuşdur.
Bu görüş Azərbaycanın müstəqil dövlət kimi öz müqəddəratının sahibi olmasını, Prezident cənab İlham Əliyevin isə nəinki regionda, Avropa məkanında öz sözü və dəsti-xətti   olan böyük siyasətçi və lider olduğunu bir daha təsdiq etdi.
Onun müdrik siyasətinin nəticəsidir ki, artıq Avropa İttifaqı Azərbaycanın ortaya qoyduğu siyasi mövqeni anlayır, mövcud reallıqları qəbul edir, bütün problemlərin həllində milli maraqlarımızı nəzərə alır. Görüş ərzində Şarl Mişelin “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi, həmçinin Azərbaycanın bölgədə təhlükəsizlik üçün keçirdiyi əməliyyatlara toxunmaması bunların parlaq sübutudur.
Müharibədən dərhal sonra cənab Prezidentin qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərə həyatı qaytarması, misilsiz quruculuq işləri, regional və qlobal nəqliyyat dəhlizlərinin açılmasına təşəbbüs göstərməsi onun tərəqqipərvər, sülhpərvər, humanist, qurucu bir lider oldğunu nümayiş etdirdi ki, bütün bunlar Avropa ictimaiyyəti tərəfindən rəğbətlə qarşlandı.
Beləliklə, Prezident İlham Əliyevin gördüyü cahanşümul işlər bir daha həm Avropa İttifaqı, həm də bütün dünyaya onun yalnız xalqı, milləti üçün deyil bəşəriyyət üçün vacib siyasətçi olduğunu göstərdi. Xalqımızı qarşıda onun rəhbərliyi ilə yeni-yeni uğurlar, qələbələr gözləyir. Bütün bunların kökündə xalqın öz liderinə dəstəyi, sevgisi, inamı, məhəbbəti və etimadı dayanır.
YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-liseyin direktoru Qurban Məmmədov