Milli Şura mitinqin tarixini açıqladı
11-09-2013, 15:35
Oxunub: 4 816
“Bircə Cəmil Həsənlinin böyük portretinin hazırlanması qalıb”
Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev açıqlamasında bildirib ki, komitə növbəti mitinqin günü ilə bağlı qərar verib: “Növbəti mitinq sentyabrın 22-də keçiriləcək. Hazırlıq işləri gedir”.
A.Quliyev qeyd edib ki, hələlik mitinqin harada keçirəcəyi müəyyən edilməyib: “Bu gün hökumət namizədlərin seçicilərlə görüşməsi üçün ayrılan açıq və qapalı məkanların siyahısını açıqlayıb. Biz bu siyahıya nəzər yetirdik. Orada göstərilənlərdən ən münasibi Qələbə kinoteatrının arxasındakı stadiondu. Amma hələ ki, yer barədə konkret qərar verilməyib. Hakimiyyətin təklif etdiyi yerlərin hamısı bizim üçün əlverişli deyil. Çünki Hövsan, Xocahəsən kimi yerlərə seçicilərin getməsi çətindi. Təklif edilən yerlərdən biri seçilib, Bakı meriyasına müraciət olunacaq”.
Komitə sədri mitinqə hazırlıq işləri haqda danışıb: “Yer və digər məsələlərin dəqiqləşməsi üçün sabah Mitinq Komitəsi iclas keçirəcək. Şüarlar demək olar ki, hamısı hazırdı. Bircə Cəmil Həsənlinin böyük portretinin hazırlanması qalıb. Bu da 1-2 günə həll ediləcək. Mitinqə 20 min adam çıxarılması nəzərdə tutulub”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər