Beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir
26-08-2022, 17:00
Oxunub: 7 080
Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Burada eyni soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın aparıldığı illər ərzində bütün sahələr üzrə dinamik inkişaf yolu keçmiş münasibətlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqey nümayiş etdirilmişdir.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.
Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
Yüksək səviyyədə həyata keçirilən siyasi dialoq, iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq əlaqələrin daha da inkişafına təkan verir. İqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, bu sahədə qarşılıqılı fəaliyyətin genişləndirilməsi istiqamətində atılan addımlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni əlverişli perspektivlər açır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri və Prezidentimiz cənab İlham Əliyevlə görüşü Qazaxıstan və Azərbaycan arasında mövcud olan qarşılıqlı fəaliyyətlərin və münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etdiyini özündə təcəssüm etdirir.
Qazaxıstan Prezidentinin ölkəmizə rəsmi səfəri ölkələrimiz və xalqlarımız arasında dərin tarixi köklərə malik olan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcək. İlk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının möhkəmliyinin sarsılmaz olduğunun göstəricisi idi.
Beynəlxalq miqyasda iki ölkə üzv olduqları beynəlxalq təşkilatlarda bütün vacib məsələlərdə eyni mövqeyi nümayiş etdirir. Beləki, ölkələrimiz üzv olduqları ən mötəbər və aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birini dəstəkləyir və bu, gələcəkdə də davam edəcək. Əlbəttə, bu münasibətlər ölkələrimiz arasında sıx iqtisadi əməkdaşlığın formalaşmasında və genişlənməsində mühüm rol oynayır.
Bütövlükdə, Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaratmışdır.
Fuad Qəhrəmanov,
Salyan rayon Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər