BolgeXeber.Com » Siyasət » Qazaxıstan və Azərbaycan dövlətlərinin bir-birinə yaxınlığı hər iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əlverişli zəmin yaradır
Qazaxıstan və Azərbaycan dövlətlərinin bir-birinə yaxınlığı hər iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əlverişli zəmin yaradır
27-08-2022, 09:24
Oxunub: 4 792
Hər kəsə məlumdur ki, avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər etmişdir. Birmənalı olaraq deyə bilərik ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında dərin tarixi köklərə malik olan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcək. İlk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının daha bir təsdiqi olmaqla yanaşı, eyni zamanda, dövlətimizin başçısının Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Həmçinin, ölkələrimiz və xalqlarımız arasındakı dostluğun daha bir təzahürü kimi, Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakını da qeyd etmək lazımdır. Bu baxımdan, Qazaxıstanın Azərbaycana hədiyyəsi olaraq işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi də qardaşlıq münasibətinin daha bir nümayişi idi.
Bu, ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı üçün əlverişli zəmindir. Diqqətəlayiq haldır ki, Azərbaycan və Qazaxıstan istər ikitərəfli münasibətlərdə və istərsə də beynəlxalq problemlərə dair bütün məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu, bir daha deməyə əsas verir ki, Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir. Təbii ki, bu yaxınlıq ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi və inkişafı üçün əlverişli zəmin yaradır. Ölkə Prezidenti İlham Əliyev öz çıxışında xüsusi olaraq qeyd edib ki, Qazaxıstan və Azərbaycan əməkdaşlığı beynəlxalq səviyyədə də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz üzv olduqları ən mötəbər və aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birini dəstəkləyir və bu, gələcəkdə də davam edəcək.
Azərbaycan və Qazaxıstan prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı daşıdığı önəmlə yanaşı, həm də mühüm siyasi əhəmiyyət kəsb edən tarixi bir sənəddir.
Məlum olduğu kimi, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı ölkələrimiz arasında əməkdaşlığa dair 20-dən artıq sənəd imzalanıb. Əlbəttə ki, bu sənədlərin hər biri qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Məhz bu sənədlərin imzalanması ilə ölkələrimiz arasındakı iqtisadi, ticari, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir. Bununla belə imzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. İlk növbədə, bu sənəd artıq təsdiq edir ki, Azərbaycan və Qazaxıstan sadəcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərdir. Bu Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın bir çox istiqamətlərini əhatə edir və gələcək fəaliyyət üçün ciddi baza rolunu oynayır. Qeyd etmək lazımdır ki, Bəyannamədə son dərəcə mühüm siyasi məqamlar da əks olunub. Belə ki, bu sənəddə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi qeyd edilib. Bu, Orta Dəhlizin tərkib hissəsi olacaq. Beləliklə, Qazaxıstan Azərbaycanın beynəlxalq siyasi müstəvidə haqlı mövqelərini dəstəklədiyini bir daha təsdiq edir və ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə vermiş olur.
Aynur Əsgərova,
Salyan şəhər 2 saylı tam orta məktəbin direktoru
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər