BolgeXeber.Com » Siyasət » Bu gün ölkə Prezidenti cənab İlham Əliyev Qazaxıstan dövləti ilə əməkdaşlığa böyük önəm verir

Bu gün ölkə Prezidenti cənab İlham Əliyev Qazaxıstan dövləti ilə əməkdaşlığa böyük önəm verir

26-08-2022, 19:00
Oxunub: 3 288 Azərbaycan nəinki regionda, ümumiyyətlə Beynəlxalq aləmdə böyük nüfuza sahib olan bir dövlətdir və müasir Beynəlxalq münasibətlər sisteminə öz milli maraqlarına əsaslanaraq uğurla inteqrasiya etməkdədir. Azərbaycan Mərkəzi və Orta Asiya, region ölkələri ilə, eyni zamanda Avropa ölkələri ilə mehriban qonşuluq və dostluq əlaqələrinə sahib olan ölkədir. Bu gün Azərbaycanın Beynəlxalq müstəvidə qazandığı uğurlar ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət xəttinin məntiqi nəticəsidir.
Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Qazaxıstan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Azərbaycan və Qazax xalqlarının dostluğu qədim tarixə malikdir. Belə ki. eyni kökə, mədəniyyətə və milli adət-ənənələrə malik olan Azərbaycan və Qazax xalqları arasındakı dostluq daimi və sarsılmaz olmuşdur. Bu iki dost və qardaş ölkə arasında diplomatik münasibətlər bu gün də uğurla davam etdirilməkdədir.
Məlum olduğu kimi avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda rəsmi səfərdə olmuşdur və səfər çərçivəsində iki ölkə arasında müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir və bu səfərlər hər iki dövlətin qarşılıqlı əlaqələrinə böyük stimul verməkdədir.
Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu əməkdaşlıq gələcəkdə də davam edəcəkdir.
Bu gün Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Qazaxıstan dövləti ilə əməkdaşlığa böyük önəm verir və qardaş ölkələr arasındakı münasibətlər daha da inkişaf etmişdir. Həmçinin, qardaş Qazaxıstan dövləti artıq öz həllini tapmış, tarixin keçmiş səhifəsində qalan Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişdir. Işğaldan azad olunmuş Qarabağın yenidən qurulmasında Qazaxıstanın iştirakı dostluğumuzun bariz təzahürüdür. Belə ki, Qazaxıstanın Azərbaycana hədiyyəsinin-işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü və humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəzin Füzuli şəhərində tikilməsi nəzərdə tutulumuşdur. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənmiş və artıq yaşayış fondunun ilk tikililəri başlamışdır.
Qürurverici haldır ki, 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi bir daha iki qardaş ölkənin tarixi birliyini və dostluğunu dünyaya bəyan etmiş oldu.
 
 
Günel Yaqubova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı