BolgeXeber.Com » Siyasət » Cəmil Həsənlinin İTV-də üçüncü çıxışı -VİDEO

Cəmil Həsənlinin İTV-də üçüncü çıxışı -VİDEO

22-09-2013, 09:10
Oxunub: 4 012 Cəmil Həsənliyə qarşı təxribat necə hazırlanıb?
Prezidentliyə namizədlərin 19 sentyabr tarixli teledebatında (İTV-də) baş verən qalmaqalla bağlı artıq MSK-yə müraciət olunub və məsələ qurumun Mətbuat Qrupunda müzakirədən keçərək komissiya üzvlərinin qərar verməsinə təkif olunub. MSK saat 16:00-da başlayacaq iclasında məsələni müzakirə edəcək.
Bununla bağlı apardığımız araşdırma maraqlı məqamları üzə çıxarıb. Debatların video yazılarına təkrar baxış 19 sentyabr çıxışlarında Milli Şuranın namizədi Cəmil Həsənliyə qarşı təxribatın əvvəlcədən hazırlandığını görməyə kifayət edir. Sadəcə videolarda masanın üzərinə diqqət etmək kifayətdir.

Belə ki, ilk debat zamanı namizədlərin qarşısında su qabları yoxdur. Onlara suyu plastmas stəkanlarda veriblər. İkinci debat zamanı isə namizədlərin qarşısında ağzı bağlı plastmas su qabları görürük.

Bizdə olan bilgilərə görə, ilk debat zamanı suyun plastmas stəkanlarda paylanmasına bəzi namizədlər yarızarafat şəkildə belə bir münasibət də bildiriblər ki, bu, yaxşıdır, onu kimsə kiməsə ata bilməyəcək.
İkinci debat zamanı isə masanın üzərində plastmas butulkaları görən Hafiz Hacıyevin belə bir replikası eşdilib ki, bu, yaxşıdır, kimisə vurmaq üçün ona lazım olacaq. Bunu deyərkən onun Cəmil Həsənlini nəzərdə tutduğu isə heç kimdə şübhə doğurmayıb.

Məsələnin daha bir maraqlı məqamı isə bundan ibarətdir ki, ikinci debat zamanı Hafiz Hacıyev əvvəldən anons etdiyi kimi Cəmil Həsənlini vurmaq üçün istifadə etmək niyyətilə baxdığı dolu su qabını boşaldıb. O, “özündən çıxana” qədər dözməyib bir butulka suyu içib qurtarıb. Amma maraqlıdır ki, onu “silahsız” qoymayıblar. Canlı yayım gedə-gedə, İTV-nin əməkdaşları onun qarşısına başqa bir dolu butulka qoyublar. Aşağıda təqdim etdiyimiz fotolardan da Hafiz Hacıyevin qarşısında əvvəl bir, sonra başqa formada plastmas su butulkasının olduğu görünür.
Bundan sonrası artıq hər kəsə bəllidir. Cəmil Həsənliyə və başqa müxalifət liderlərinə qarşı təhqirlər yağdıran Hafiz Hacıyev guya özündən çıxaraq həmin butulkanı Milli Şura namizədinə tərəf tolazlayıb.
Maraqlananlar üçün hər iki debatın videolinklərini də təqdim edirik.(1-ci debat: http://www.youtube.com/watch?v=ykkR9FuRR5s
2-ci debat: http://www.youtube.com/watch?v=EMMdVVe7qZ8)
Baxıb, müqayisə apara və deyilənlərin təsdiqini tapa bilərlər.
Sonda Milli Şuranın vahid namizədi Cəmil Həsənli İctimai televiziyada üçüncü çıxışın; təqdim edirik.