TƏBİB-ə icraçı direktor təyin edildi
8-09-2022, 16:39
Oxunub: 3 280
Sentyabrın 8-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.
TƏBİB-dən bildirilib ki, iclasda "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in icraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.
Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.
Qeyd edək ki, Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O, uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərib, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsində çalışıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər