BolgeXeber.Com » Siyasət » ABŞ-da Azərbaycan səfirliyinə məxsus avtomobilin atəşə tutulmasının TƏFƏRRÜATI

ABŞ-da Azərbaycan səfirliyinə məxsus avtomobilin atəşə tutulmasının TƏFƏRRÜATI

13-10-2022, 14:00
Oxunub: 2 456 ABŞ-nin xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın Vaşinqtondakı səfirliyinə dəvət olunub. Diplomatik korpusun təhlükəsizlik kameraları izlənilib. 

Məsələ ilə bağlı Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibi Toğrul Əliyev "Baku TV”yə danışıb.
"Hadisə oktyabrın 11-i saat 00:16-da baş verib. Naməlum avtomobil səfirliyin inzibati binasına yaxınlaşaraq xidməti avtomobilə atəş açıb və hadisə yerini tərk edib. Xoşbəxtlikdən səfirliyin əməkdaşları avtomobildə olmayıb”, - deyə o qeyd edib.
 
Diplomat bildirib ki, hadisə ilə bağlı ABŞ Dövlət Departamentinə və Dövlət Təhlükəsizliyi Xidmətinə məlumatlar verilib. Bundan başqa, müvafiq qurumlardan səfirlik binasının təhlükəsizliyinin təmin olunması tələb edilib.

Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibinin sözlərinə görə, bununla bağlı hələlik heç bir tədbir görülməyib.