BolgeXeber.Com » Siyasət » Qırğızıstanla Azərbaycan arasında əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb
Qırğızıstanla Azərbaycan arasında əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb
13-10-2022, 13:51
Oxunub: 2 480
Siyasi, iqtisadi, mədəni, sosial islahatlar nəticəsində Azərbaycan Respublikası dünyanın bu
günkü qabaqcıl dövlətlərindən birinə, eyni zamanda regional lider və beynəlxalq aləmdə etibarlı
tərəfdaşa çevrilmiş, demokratik prinsiplər əsasında öz müstəqilliyini bərpa edərək, dünyanın bütün
beynəlxalq təsisatları ilə əməkdaşlıq əlaqərinin genişləndirilməsi istqamətində fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 oktyabr tarixində Qırğızıstan şəhərinə səfər
etmişdir. Bu gün iki dost ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir.
Qırğızıstan paytaxtında keçirilən yüksək səviyyəli görüşdə Qırğızıstan-Azərbaycan İnkişaf
Fondunun yaradılması barədə qərar qəbul edilmişdir. Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə,
iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin
şərtlərin formalaşdırılmasına xidmət edəcəkdir. Həmçinin mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat,
təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər haqqında geniş müzakirələr edilmişdir.
Eyni zamanda Bişkekdə Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digəri isə isə dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq iki məktəbin, Qırğızıstan-
Azərbaycan Dostluq Parkının açılışları olmuşdur. Görüşlərdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa
da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq barədə söhbətlər aparılmışdır.
Dövlət başçısı Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında
çıxışında bildirmişdir ki, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq
münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü bizim
həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. İndiki mərhələdə nəqliyyat-tranzit
sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də
planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək.
Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər – həm dəmir yolu, həm avtomobil
yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat
infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət
limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır”-deyə qeyd etmişdir.
Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə
Azərbaycan-Qırğızıstan arasında bir sıra mühüm əhəmiyyət daşıyan sənədlər imzalanmışdır.
Eyni zamanda, Azərbaycanın istər regional, istərsə də beynəlxalq səviyyədə ölkələrarası
əməkdaşlıq və təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir.
Elnur Ağayev,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər