BolgeXeber.Com » Siyasət » Ermənistan MN açıqladı: Mövqe itkisi...

Ermənistan MN açıqladı: Mövqe itkisi...

12-04-2023, 09:53
Oxunub: 1 136
Saat 08:00-a olan məlumata görə, sərhəddə vəziyyət nisbətən stabil olaraq qalır.

Bolgə.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Qeyd olunub ki, dünən baş verən insidentdən sonra erməni tərəfinin mövqe itkisi yoxdur.

“Yaralı hərbçilərin səhhətində heç bir dəyişiklik yoxdur. Altı əsgərdən üçünün vəziyyəti qənaətbəxş, birinin orta-ağır, digər ikisinin vəziyyəti ağır və son dərəcə ağır qiymətləndirilir”, - məlumatda deyilib.