BolgeXeber.Com » Siyasət » Nazir Türkiyə ilə birgə keçiriləcək təlimlərdən danışdı

Nazir Türkiyə ilə birgə keçiriləcək təlimlərdən danışdı

11-05-2023, 17:28
Oxunub: 1 448
Hər il həm Azərbaycanda, həm də Türkiyədə ortaq hərbi təlimlər keçirilir. 2023-cü ildə 10-dan çox birgə təlimin keçirilməsi planlaşdırılıb.

Bolgə.TV xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Konyada keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, Vətən müharibəsi iki qardaş xalq arasında əlaqələrin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirdi.