BolgeXeber.Com » Siyasət » Azərbaycan ilə İsrail arasında səhiyyə və tibb elmi sahələrində Əməkdaşlıq Planı imzalanıb

Azərbaycan ilə İsrail arasında səhiyyə və tibb elmi sahələrində Əməkdaşlıq Planı imzalanıb

30-05-2023, 13:41
Oxunub: 1 184
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.

Bolgə.TV xəbər verir ki, sənədi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbel imzalayıblar.