Xankəndidə İlham Əliyev məscidi tikilsin
12-10-2023, 12:11
Oxunub: 2 408
Qələbəmizin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin adının əbədiləşdirilməsi üçün qanun qəbul etməyi təklif edirəm.
Bolgə.TV xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev MM-in bugünkü iclasında deyib.
O bildirib ki, həmin qanunda Xankəndidə İlham Əliyevin adını daşıyan möhtəşəm məscidin, Qarabağda isə adını daşıyan yeni şəhərin salınması nəzərdə tutula bilər.