XİN Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib
10-05-2024, 10:05
Oxunub: 3 416
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ümummilli lider Heydər Əliyev anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib.
Bolgə.TV xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.
“Müasir dövlətçiliyimizin qurucusu, ölkəmizin inkişaf strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə müstəqil Azərbaycanın inkişaf və rifahı naminə misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik”, - paylaşımda bildirilib.