Qaradağın prokuroru YAP-çı iş adamının işıqlarını kəsdirdi
19-07-2011, 11:25
Oxunub: 7 015
Fəxrəddin Pənahov Akif Məmmədova Rəsul Quliyevin adamları ilə bağlı şikayətini geri götürməsi üçün təzyiqləri sərtləşdirib
Qaradağ rayonunda karxana skandalı davam edir. Polis-reket mafiası ilə üz-üzə gələn YAP-çı iş adamı Akif Məmmədov hazırda Qaradağ rayon prokuroru Fəxrəddin Pənahov əngəlinə “ilişib”. Xatırladaq ki, Akif Məmmədov iyun ayının 11-də eks-spiker Rəsul Quliyevin qohumlarının, P.S.S. Mühafizə Xidmətinin əməkdaşları və 2009-cu ildə bir fəhləni öldürdüyü halda azadlıqda gəzən Əlövsət Orucovun hücumuna məruz qalıb və Moskva reketlərindən Əlizaminlə Əlövsət Orucov bıçaq zərbəsi ilə A.Məmmədovu ağır yaralayıblar. Bu barədə rayon hüquq-mühafizə orqanlarına şikayət edilməsinə baxmayaraq, cinayətkarlar azadlıqda gəzirlər.
Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 maddəsi üzrə (Maddə 126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) cinayət işi açılsa da, hadisəni törədənlər “üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmaları gərəkirkən, hazırda Akif Məmmədova şikayətini geri götürməsi ilə bağlı təzyiqlər edirlər.
Akif Məmmədovun yaxın qohumu və hazırda ev şəraitində müalicə olunduğu üçün onun işlərini icra edən Cəmil Fərzullayevin sözlərinə görə, Qaradağ rayon prokuroru Fəxrəddin Pənahov açıq şəkildə cinayətkarları müdafiə edir və Akif Məmmədova şikayətini geri götürməsi üçün təzyiqlər edir: “Ən son olaraq da Qaradağ rayon İşıq İdarəsinin əməkdaşları “Gülbaxt” Daş Karxanası ərazisində bizim fəaliyyət sahəmizin işıqlarını kəsdilər. Biz Qaradağ rayon İşıq İdarəsinin rəisi Tahir müəllimin qəbulunda olduqda, o, açıq konkestdə bildirdi ki, “sizin heç bir borcunuzun olmadığını bilirəm. Ancaq Akif Məmmədov prokurorun xahişini yerinə yetirməsə mən işığı qoşa bilmərəm”. Prokurorun “xahişi” isə ondan ibarətdir ki, Akif Məmmədov şikayət ərizəsini geri götürsün. A.Məmmədov da bu xahişi rədd edib və cinayətkarların cəzalandırılmasını istəyir”.
Cəmil Fərzullayev qeyd edir ki, onların heç bir borcu olmadığı İşıq İdarəsinin rəisinin prokurorun sifarişi ilə işıqlarını kəsərək, onların fəaliyyətini dayandırması açıq təzyiqdir və bu barədə müvafiq dövlət qurumlarına şikayət edilib.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes