Livandan vətəndaşlarımız təxliyə ediləcək? - Rəsmi
8-10-2024, 09:58
Oxunub: 1 848
Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı rəsmi Bakının diplomatik nümayəndəliyinə müraciət olmayıb.
Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da vətəndaşlarını Livandan təxliyə edəcək. Buna səbəb Yaxın Şərqdə gərginləşən vəziyyətdir.