Sabiq gömrükçülərə hökm oxundu
1-08-2011, 22:25
Oxunub: 7 051
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DGK) sabiq əməkdaşlarından və digərlərindən ibarət dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bolgexeber.com-un məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, İsmayıl Əhmədov 9 il 6 ay, Mirələm İsmayılov 8 il, Natiq Quliyev 5 il 6 ay, Yasəf Abbasov 5 il 6 ay, Gülnarə Mehdiyeva 5 il 6 ay, Tofiq Kazımov 5 il, Həsənağa Məmmədov 5 il, Zəfər Süleymanov 4 il, Müseyib Əzizov 4 il, Rövşən Rüstəmov 4 il müddətinə azadlıqdan məhrum edilib. Elmira Bədirova isə 3 min manat cərimə olunub.
Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsinin yük şöbəsinin inspektoru vəzifəsində işləyən Müseyib Əzizov, Mirələm İsmayılov, DGK “Azərterminalkomrleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyinin Bakı şöbəsində kompüter operatoru vəzifəsində işləyən İsmayıl Əhmədov, Natiq Quliyev və qeyrilərindən ibarət qrup bəzi şəxslərlə qabaqcadan əlbir olaraq vergiləri ödəməkdən yayınmaq məqsədilə əlavə dəyər vergisi borcunu əvəzləmək üçün qanunsuz hərəkətlər edib. Onlar dəfələrlə rüşvət alaraq “Aqrolizinq” ASC-yə avtomobil vasitəsi ilə “soyuducu avadanlıqlarda istifadə olunan kompressorlar”ın daxil olmasını göstərən yük gömrük bəyannamələrini, “Elektrikquraşdırma” müəssisəsinin guya Rusiyada yerləşən “Enerqomaşstroy” MMC-dən, eləcə də “Samur-Abşeron Su Tikinti” Törəmə müəssisəsinin guya Rusiyada yerləşən “Torqovıy Dom TMK”ASC-dən dəmir yolu nəqliyyatı ilə qara metaldan məmulatlar, qara metallardan metal konstruksiyalar və digər inşaat materiallarının idxal olunması barədə yük gömrük bəyannamələrini saxta tərtib edərək vəzifə saxtakarlığı ediblər.
Onlar Cinayət Məcəlləsinin 311.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma, vəzifə saxtakarlığı) ittiham olunurlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər