BolgeXeber.Com » Bölgə » Mingəçevir İcra Hakimiyyəti kimi aldatmaq istəyir?

Mingəçevir İcra Hakimiyyəti kimi aldatmaq istəyir?

30-01-2014, 06:55
Oxunub: 5 149 Hesabatda fəaliyyət göstərdiyi iddia olunan «Kür» Elektron Avadanlıqları MMC-nin 1 ilə yaxındır işləmədiyi üzə çıxıb

Ölkədə bir sıra qaydalar var və onların nomenklatura olduğu dəqiqdir. Həmin sırada yer tutan məsələlərdən biri yerli İcra Hakimiyyətlərinin rüblük, altı aylıq, 9 aylıq və illik hesabatlar verməsidir. Rayonlarda görülən işləri ehtiva edən bu hesabatların böyük əksəriyyəti isə reallığı əks etdirmir.

Çünki icra başçıları dövlət rəhbərliyinə özünü «bacarıqlı», «peşəkar» və «iş görən» kimi göstərməyə çalışırlar. Elə buna görə də, açıqladıqları hesabatlarında əksər işlərin şişirdildiyi diqqəti çəkir. Amma Mingəçevir Şəhər İcra Hakimiyyətinin ötən ilin 9 ayının hesabatında isə açıq şəkildə yalan məlumatlar verilib.

JAM.AZ bildirir ki, həmin hesabatda vurğulanır ki, 9 ayda istehsal olunmuş sənaye məhsulunun 104 milyon manatı və ya 89 faizi elektrik enerjisi istehsal edən iki müəssisənin payına düşüb. Burada qəbahətli heç nə yoxdur və hər şey həqiqəti əks etdirir. Mingəçevir İcra Hakimiyyətinin yalanı isə bu cümlələrdə gizlənib. «Cari ilin doqquz ayında sənaye sahəsinin digər müəssisələri “Azneftmaş”, “Mingəçevir İzolit”, “Akkord maşınqayırma zavodu” ASC-lər, “İnterenerci” və “Kür” Elektron Avadanlıqları MMC-lər sabit iş rejimini təmin etmişlər».

Bildirək ki, Mingəçevir şəhərində hal hazırda işləyən yeganə sahə SES-dir. Yerdə qalan digər idarə və müəssisələrin adı olsa da, fəaliyyətləri yoxdur. Ən əsası isə şəhərdə yerləşən “Kür” Elektron Avadanlıqları MMC isə 1 ildir ümumiyyətlə, işləmir. İşçiləri isə öz hesablarına məzuniyyətə göndəriliblər. Maraqlıdır ki, şəhərin icra başçısı və onun ətrafında olanlar kimləri aldatmaq istəyirlər? Özlərini, yoxsa hesabat verdikləri hökuməti?
Bolgexeber.com