Beyləqanda vəziyyət gərginləşir
30-01-2014, 07:10
Oxunub: 4 434
Rayon sakinləri İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq, etirazlara başlamaq istəyirlər
Artıq bir neçə gündür Beyləqan rayonunda vəziyyətin ağır olduğuna dair xəbərlər gəlir.Bir neçə gün əvvəl İcra Hakimiyyətinin təlmati ilə evləri sökülən 200-ə yaxın vətəndaş yürüş edərək, etirazlarını bildirmişdilər.
Hətta onlar işğal altında olan Dağlıq Qarabağa keçirəkə, bununla etirazlarını daha ağır formada təzahür etdirmək istəyiblər. Lakin işə yerli məmurların qarışmasından sonra vəziyyəti nisbətən sakitləşdirmək mümkün olmuşdu. Amma hadisələrin gedişatı və narazılıqların ən yüksək həddə çatması prosesi heç cür səngitmir.
Verilən məlumata görə, bir sıra problemlərdən əziyyət çəkən Beyləqan camaatı rayonun mərkəzində aksiya keçirmək fikrindədirlər. Onlar bildiriblər ki, üzləşdikləri problemlərini həll etməyən icra başçısı Vaqif Abdullayevin işdən çıxarılmasını tələb edəcəklər. Hətta lazım gələrsə, Bakıya gələrək, Prezident Admnistrasiyasının qarşısında da aksiya keçirəcəklər.
Bu əsnada Beyləqan rayonundakı Təbriz küçəsi 4 ünvanda yerləşən yaşayış binasının sakinləri də narazılıqlarını biruzə verməyə başlayıblar. Onlar binanın qarşısındakı yaşıllıq zolağının tikinti materialları altında qalmasından şikayətçidirlər. Və bununla əlaqədar dəfələrlə Vaqif Abdullayevə şikayət məktubları ünvanlayıblar. Lakin hər dəfəsində problem həllini tapmayıb. Buna görə də, həmin binanın sakinləri İcra Hakimiyyətinin binası önündə aksiya keçirməyi qərara alıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər