Şamaxıda məmurlara intihar aksiyası xəbərdarlığı-Foto
30-01-2014, 07:35
Oxunub: 3 825
Rayonun ziyalıları və gəncləri ayağa qalxdı, onlar Şəhidlər Xiyabanı təmir edilməməsinə görə, icra başçısı və müavinin ittiham etdilər
Ötən günlərdə məlumat vermişdik ki, Şamaxı rayonundakı Şəhidlər Xiyabanının ərazisi «Gilan Holdinq»ə satılıb.Bolgexeber.com-un əldə etdiyi məlumata görə, 3 ildir təmirə dayandırıldığı deyilən Xiyabandakı şəhid məzarları da yararsız hala düşüb.
Belə ki, məzarların bir çoxunun baş daşları sınıb, bir çoxunun qəbristü abidələri sıradan çıxıb. Və Şəhidlər Xiyabanında otelin tikiləcəyinə dair xəbərin yayılması isə Şamaxı ziyalıları, ağsaqqalları və gənclərini ayağa qaldırıb. Dünən redaksiyaya müraciət ünvanlayan bir qrup şəxs bəyan edib ki, rayondakı Şəhidlər Xiyabanının indiki vəziyyətindən məmnun deyillər və dağılmış vəziyyətdə olan qəbristanlığın bu hala düşməsinə görə, yerli icra hakimiyyəti başçısını ittiham edirlər.
Onlar bildiriblər ki, artıq 3 ilə yaxındır təmirə dayandırılan, lakin heç bir iş görülməyən Şəhidlər Xiyabanına daxil olmaq da mümkün deyil. Bunun bir səbəbi məzarlığın bərbad halda olması, digəri isə Xiyabanın dörd bir yananın dəmir hasarla hasarlanmasıdır. Şamaxı ziyalıları bildirirlər ki, baş verənlərlə bağlı dəfələrlə İcra Hakimiyyəti və digər müvafiq qurumlara müraciət etsələr də, onlara heç bir müsbət cavab gəlməyib. Onlar şəhidlərə belə münasibətin sərgilənməsinə qəti etiraz etdiklərini bəyan ediblər.
Və bunun ardından Prezident Admnistrasiyası, Şamaxı İcra Hakimiyyəti və onun başçısı Akif Ağayevə müraciət ünvanlayıblar. Onlar bildirirlər ki, rayonda özbaşınalıq və xaosun yaranmasının səbəbkarları elə Asif Ağayev və onun müavini Qasım Qasımovdur. ]«Əgər belə davam edərsə, o zaman biz hamımız Şamaxı rayon İcra Hakimiyyətinin qarşısına toplaşaraq, orada özümüzü yandıracağıq».


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər