Şəki bazarında müəmmalı yanğın
3-02-2014, 06:50
Oxunub: 4 962
Bir Ticarət Mərkəzinin açılışı ərəfəsində digərinin yanması şübhələrə yol açıb, məsələdə icra başçısının adı hallanır
Bir neçə gün bundan əvvəl Şəki şəhərində fəaliyyət göstərən Ticarət Mərkəzinin yandığına dair məlumat yayılmışdı. FHN-in rəsmi açıqlamasında vurğulanırdı ki, şəhər ərazisində yerləşən ümumi sahəsi 2125 kv/m olan ticarət mərkəzində baş verən yanğının söndürülməsinə Qax, Qəbələ, Oğuz və Mingəçevirdən də yanğınsöndürənlər cəlb edilib.
Yanğın nəticəsində ticarət mərkəzinin 1200 kv/m sahəsi içərisindəki əşyalarla birgə yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Hazırda isə yanğının baş vermə səbəbləri araşdırılır.
Şəkidə baş vermiş məlum yanğın hadisəsinin müəmmalı şəkildə baş verdiyinə dair şübhələr var. Belə ki, yaxın günlərdə şəhərin mərkəzində daha bir Ticarət Mərkəzi fəaliyyətə başlayacaq və onun icra başçısına məxsus olduğunu deyilir. Elə bir ticarət mərkəzinin açılışı ərəfəsində digərinin yanması hadisəsi də bu səbəbdən şübhələrə yol açıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər