BolgeXeber.Com » Bölgə » Ucar təhsil şöbəsinin müdirini ancaq tenderlər maraqlandırır

Ucar təhsil şöbəsinin müdirini ancaq tenderlər maraqlandırır

3-02-2014, 09:45
Oxunub: 5 673 Ucarın orta məktəblərində təhsilin durumu kifayət qədər pisdir.

Bunu rayon camaatı məlumat veriblər. Onlar bildiriblər ki, uşaqlarının savadsız şəkildə böyümələrindən ciddi narahatdırlar və bu səbəbdən də indidən tədbir görülməsində fayda var.

Onların dediyinə görə, Ucar təhsil şöbəsinin müdiri Fuad İsrafiliovu təhsilin səviyyəsindən daha çox, məktəb direktorlarının maddi vəziyyəti və tenderlər maraqlandırır. Ona görə də, orta məktəbləri başlı başına buraxaraq, pul çıxan işlərə baş vurmaqdadır.

Fuad İsrafiliov ötən il Ucarda təhsil sahəsinə ayrılmış 500 min manata yaxın pulu necə xərcləyibsə, kimsənin bundan xəbəri olmayıb. Məsələn, təhsil şöbəsinin müdiri "Oğuz-08" MMC ilə birlikdə 34800 manatlıq geyim malları satın aldıqlarını sənədləşdirsələr də, uşaqlara verilən orta məktəb formalarının pulunu validyenlər ödəyiblər. Və ya əsaslı təmir işlərinin satın alınmasını "Aran-2005" MMC ilə birlikdə həyata keçirdiyini bildirən sözügedən şəxs 106903 manatı nəyə xərclədiyini heç cür izah edə bilmir. Çünki həmin pullar faktiki olaraq təmir işlərinə sərf olunmayıb. Əgər olunsaydı, rayondakı bir sıra məktəblərin durumu indiki səviyyədə olmazdı.

Qeyd edək ki, Fuad İsrafilov bərk inventarların satın alınması adı altında 115677,6 manatı, yumşaq inventarların satın alınması adı altında 17487,6 manatı, mətbəə xidmətlərinin satın alınması adı altında 6780 manatı, dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması adı altında 2499,65 manatı, sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması adı altında 6897 manatı, digər maşın və avadanlıqların satın alınması adı altında 47198,8 manatı, cari təmir işlərinin satın alınması adı altında 26258,6 manatı, avadanlıqların satın alınması adı altında isə 29994,8 manatı mənimsəməyə nail olub. Maraqlıdır ki, o, bütün bu işləri eyni şirkətlə həyata keçirib.