Ağsudakı qaçqınlar qan ağlayır
5-02-2014, 09:55
Oxunub: 4 300
«Qərənfil» uşaq bağçasında məskunlaşmış köçkünlər körpələrlə birlikdə yaşamaq məcburiyyətində qoyulublar, Ənvər Seyidəliyevin başı isə qohum-əqrabasına qarışıb
Ağsu rayonunda yaşayan qaçqınlar çıxılmaz vəziyyətə düşüblər. Bolgexeber.com teleqraf.az-a istinadən xəbər verir ki, bunu elə məcburi köçkünlərin özləri deyiblər.
"Qərənfil" uşaq bağçasında məskunlaşan köçkünlərin dediklərinə görə, Ağsuya gəldiklərindən bəri bir dəfə də olsun rəsmi qrumlar onların vəziyyətiylə maraqlanmayıb. Şəhid ailəsi Gözəl Məmmədovanın dediyinə görə, binanın bütün otaqları bağçanın qrupları üçün istifadəyə verilib. "İndi biz bağça uşaqları ilə birlikdə yaşamağa məcburuq. Şəhid ailələri haqda dövlət qanunuda şəhid aillələrinin növbəsiz evlə təmin olunması göstərilsə də 20 ildir biz bu hüququmuzdan yararlana bilmirik. Dəfələrlə ölkə başçısına müraciət etsək də, bu günə kimi müraciətlərimizə heç bir cavab verilməyib. Azərbaycanda prezident vəzifəsindən üstün vəzifə yoxdur. Prezidentə olunan müraciətlərimizə isə baxan olmur. Hər dəfə bizi yalandan başlarından etməyə çalışırlar".
Ağdamdan olan məcburi köçkün Asəf Quliyev isə bildirib ki, "Qərənfil" uşaq bağçasının onların yaşadığı korpusu bağça kimi fəaliyyət görsətmirdi. «İndi artıq istifadəyə verilib. Biz bundan sonra bağçaya gələn uşaqlarla bir yerdə yaşamağa məhkumuq. Bu heç bir normaya sığmır. Dövlətin öz vətəndaşlarına bu qədər biganə yanaşmasını başa düşmürk».
P.S. Görəsən, Ağsunun icra başçısı Ənvər Seyidəliyev rayonda nə işlə məşğuldur ki, 20 ildir onun rayonunda yaşayan qaçqınların aqibətindən xəbəri yoxdur? Olmaya, başı qohum-əqrabasını vəzifəyə yerləşdirməyə qarışıb? Axı, Ağsuda elə bir vəzifə də qalmayıb ki, ora qohum-qardaş yerləşdirmək mümkün olsun.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər