BolgeXeber.Com » Bölgə » Şəhidlər Xiyabanı ilə əlaqədar Şamaxı icra hakimiyyətindən açıqlama gəldi
Şəhidlər Xiyabanı ilə əlaqədar Şamaxı icra hakimiyyətindən açıqlama gəldi
5-02-2014, 10:50
Oxunub: 4 492
Xiyabanın əsaslı təmirinə qərar verilib
Bir neçə gün bundan əvvəl Şamaxıda Şəhidlər Xiyabanının bərbad vəziyyətdə olması və onun sökülərək başqa yerə köçürüləcəyi ilə bağlı məlumat vermişdik. Bolgexeber.com-un elektron poçtuna məsələ ilə bağlı Şamaxı icra hakimiyyətindən açıqlama gəlmişdir. Həmin açıqlamanı təqdim edirik:
"Məlumat üçün bildiririk ki 2011-ci ilin mart -aprel aylarında intensiv yağan yağışlar nəticəsində rayonun bir çox ərazilərində o cümlədən şəhidlər xiyabanında torpaq sürüşməsi baş vermiş və xiyabanda qəbir daşlarına və əraziyə ciddi ziyan dəymişdir.Bununla bağlı tərəfimizdən Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuşdur.Nazirliklərin mütəxəssisləri Xiyabana baxış keçirərək müvafiq qaydada akt tərtib olunmuş və sənədlər hazırlanmışdır.Şəhid ailələri rayon İcra Hakimiyyətinə dəvət olunmuş və onlarla məsləhətləşmələrdən sonra Xiyabanın əsaslı təmirinə qərar verilmişdir.İlk olaraq Xiyabanın yuxarı hissəsində drenag edilərək qrunt sularının ərazidən kənara ötürülməsi işləri görüləcək və ardınca əsaslı təmir və yenidənqurma işləri görüləcək.İşlərə artıq başlanılıb lakin hava şəraiti ilə əlaqədar işlər müvəqqəti dayandırılıb.Qısa vaxt ərzındə işlər yerinə yetirilərək Şəhidlər Xiyabanı ziyarətçilərin istifadəsinə veriləcək". Hörmətlə Baş Memar əvəzi Sarvan İsmayılov.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər