Sumqayıt müəllimləri küçədə qar təmizləyir – Foto
5-02-2014, 16:10
Oxunub: 4 236
Sumqayıt müəllimləri şəhər küçələrində qarın təmizlənilməsi işinə cəlb edilib.
“Axar.az” xəbər verir ki, bu barədə informasiya Feysbuk sosial şəbəkəsində paylaşılıb.
Paylaşılan şəkildə bildirilir ki, Sumqayıt şəhər 39 saylı orta məktəbin müəllim heyəti 18-ci mikrorayonda yerləşən “Elmar” marketin qabağını buzdan təmizləyir.
Məsələylə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan məsələ ilə bağlı heç bir məlumata sahib olmadıqlarını və məktəblərlə işləmədiklərini qeyd etdilər:
“Yox, eşitməmişəm. İcra Hakimiyyəti məktəblərlə işləmir, texnikalarla işləyir”.
Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələsgərov sosial şəbəkələrdə yayılan informasiyaların həqiqəti əks etdirmədiyini dedi:
“Onlar müəllim kollektivi olmayıb. Bu haqda məlumatım yoxdur, bilmirəm. Müəllim kollektivi ora göndərilməyib. Biz müəllimləri qar təmizləmək adıyla şəhərdə heç yerə göndərməmişik. O məlumat yanlışdır. Biz ora adam göndərməmişik”.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər