BolgeXeber.Com » Bölgə » Tovuz Rayon Mərkəzi Xəstəxanasında baş həkimin yeni "ixtirası"

Tovuz Rayon Mərkəzi Xəstəxanasında baş həkimin yeni "ixtirası"

7-02-2014, 06:40
Oxunub: 2 902 Tovuzun «qlazok» bəlası

Məmur özbaşınalıqlarına, süründürməçiliyinə, korrupsiyaya, bəzi neqativ hallara qarşı ən yüksək səviyyədə mübarizə aparıldığı indiki vaxtda regionlarımızdakı dövlət müəssisələrini şəxsi mülkləri kimi idarə edən bəzi məmurlar yeni-yeni üsullar kəşf edərək əhalini incitməkdə davam edərək bu zərərli vərdişləridən əl çəkmirlər. Belə məmurların kəşf etdikləri üsullarda qəribəlikləri, özəllikləri ilə seçilərək bəzən hətta Ginnesin "Rekordlar” kitabına düşməyə layiq olur. Süründürməçiliyi, özbaşınalığı özlərinə peşə seçənlərin, bəzi məmurların belə qəribə üsullar kəşf etdiklərini eşidəndə məəttəl qalırsan.

Dövlət məmurlarının əhaliyə daim keyfiyyətli xidmət göstərmələrinə, ərizə və şikayətlərinə vaxtında baxmalarına ən yüksək səviyyədə göstəriş, tapşırıq verilsə də, bir çox yerlərdə nəticə çıxarılmır. Dövlət təşkilatlarını bəzi məmurlar öz bildikləri kimi idarə edərək özbaşınalıqlar edirlər. Məsələn, Tovuz Rayon Mərkəzi Xəstəxanasında bu hal gülməli, gülünc vəziyyət alaraq lətifələrə səbəb olub. Belə ki, əyləşdiyi otağın qapısının üstündə vətəndaşların qəbul günlərini göstərən lövhənin olmaması bir yana, üstəlik otağın qapısına "qlazok” da qoyduran Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov qapı döyülərkən "qlazok”dan baxaraq vətəndaşları qəbul edir. Mərkəzi xəstəxananın baş həkimi Paşa Muradovun bu xoşagəlməz hərəkəti rayonda ictimaiyyət arasında da böyük rezonans doğuraraq lətifələrə səbəb olsa da o, nəticə çıxarmayaraq bildiyini edir .

Qəzetimizin çoxminli, dəyərli oxucularına Paşa Muradovun onsuz da bərbad gündə olan səhiyyəmizdə etdiyi yeni, əndrəbadi kəşfdən danışaraq əlaqədar təşkilatları baş həkimi Tovuzda çox böyük səsə-küyə, söz-söhbətə nədən olan bəlalı qlazoqdan məhrum etmələrini istərdik.

«Gündəlik Bakı»