Müstəntiq KAMAZ sürücüsündən qorxur?
7-02-2014, 07:35
Oxunub: 3 762
Cəlilabadda baş vermiş avtomobil qəzası ilə bağlı aparılan istintaq oğlu ölən vətəndaşı çar-naçar qoyub
Cəlilabad rayon Maşılıq kənd sakini Ayyət Bədəlov baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Bədəlov bildirib ki, 1987-ci il təvəllüdlü oğlu Himayət 30 oktyabr 2013 cü il tarixdə saat 19 - 20 iradələrində Bakı-Astara şossesinin Cəlilabad rayonunun Muğan ( keçmiş Svetlaya - Zarya) kəndi ərazisində avtomobil qəzasına salınıb.
Onun sözlərinə görə, oğlu idarə etdiyi maşını kəndə döndərmək istəyərkən arxadan gələn avtomobil onun idarə etdiyi VAZ 21063 markalı 44 BX 036
dövlət nömrə nişanlı maşını vuraraq, qarşıdan gələn KAMAZ-Fura avtomobilinin altına sürükləyib. Nəticədə, Himayət Bədəlov aldığı xəsarətlərdən dolayı dünyasını dəyişib. Amma onunla eyni maşında olan Nəsirov Rizvan Oktay oğlu , Rəhimov Tapdıq Ələddin oğlu sağ qalıblar.
Cəlilabad sakini yazır ki, hadisəni törədən qırmızı rəngli avtomobil olay yerindən qaçıb. “Hadisə ilə bağlı cinayət işini aparan müstəntiq Şahin Osmanov bir valideyin olaraq məni dinləmir, mənim təklif etdiyim faktları araşdırmaq istəmir, bununla bağlı ekspertiziya keçirmək fikrində deyil. Mənə deyir ki, KAMAZ markalı avtomobilin sahibi böyük adamdır. Mənim ona gücüm çatmaz. Dəfələrlə müstəntiqə müraciət edərək oğlumun avtomobilini arxadan gələn avtomobil tərəfindən sağdan ötmə əməlyyatı aparan zaman vurulmasını deyirəm və oğluma məxsus avtomobildə də vurmuş avtomobilin qırmızı rəngli olması məlumdur. Mənim oğlumun idarə etdiyi avtomobil qanunauyğun olaraq sığorta edilmişdir. Sığorta şirkəti də müstəntiqin yekun qərarı olmadığı üçün sığorta sənədlərini təqdim edə bilmirik. Mənim istədiyim sənədlərin surətini mənə vermir. Mən bilmirəm hara, kimə müraciət edim ki, mənim oğlumun qanı yerdə qalmasın”.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər