Qobustanlılar qazsız, susuz, yolsuz və işıqsız qalıblar
8-02-2014, 06:30
Oxunub: 4 290
Rayonu başlı başına buraxıblar
Qobustan rayonunun sakinləri nə edəcəklərini bilmirlər. Üzləşdikləri vəziyyətlə bağlı yerli İcra Hakimiyyətinə etdikləri şikayətlərə isə nə məhəl qoyan var, nə də onların dərdi ilə maraqlanan. Redaksiyaya müraciət edən bir qrup rayon sakini isə mövcud vəziyyətdən bezdiklərini dilə gətirirlər.
Camaat deyir ki, yaşadıqları rayonda sosial problemlər əndazəsini çoxdan aşıb. İndiyə qədər hər şeyin düzələcəyi ümidi ilə yaşasalar da, artıq buna inamları belə qalmayıb. Səbəb isə sadədir: Rayonun icra başçısı Adil Məmmədovun başı özünə qarışıb və bu səbəbdən də camaatın hansı vəziyyətdə yaşadığı vecinə də deyil.
Tia.az-a danışan rayon sakinləri qeyd edirlər ki, faktiki olaraq nə kəndlərə getmək üçün düz əməlli yolları var, nə qaz, nə işıq, nə də su təminatları qaydasındadır. Cəyirli, Təklə, Dərəkənd və Naburkənddə isə durum daha dözülməzdir. Onların bildirdiyinə görə, bu kəndlərə gedib çıxmaq özü bir zülm işdir. Üstəlik, vəziyyətlə bağlı dəfələrlə Adil Məmmədovun qəbuluna düşmək istəsələr də, bir nəticə hasil olmayıb.
Əksinə, hər dəfə üz tutduqları Qobustan İcra Hakimiyyətində onlara deyiblər ki, icra başçısı buralarda yoxdur və gələndə onlara xəbər ediləcək. Amma 6 aydır nə icra başçısı gəlib çıxır, nə də onların dərdinə əlac edən var. «Kəndlərin sosial problemlərini həll etmək üçün dövlət proqramı var. Lakin Adil Məmmədovun təşəbbüskarlıq göstərməməsi bizim acınacaqlı vəziyyətdə yaşamamıza səbəb olub.
İcra başçısının bu hərəkətləri camaat tərəfindən təqdir olunmur. Əksinə, üzləşdikləri dəhşətli vəziyyətlə bağlı Bakıya gedərək, sözlərini Prezident Aparatında demək istəyirlər. Qışın indiki vaxtında evlərdə qazın və işığın olmamasının necə dəhşətli bir şey olduğunu deməyə dəyməz. Di gəl, kimsə bununla maraqlanmır. Rayonu başlı başına buraxıblar. Nə şikayətə baxan var, nə də dərdimizə əlac qılan».
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər