BolgeXeber.Com » Bölgə » Sumqayıtda idarələrdə qarı təmizləməyə görə pul yığılır

Sumqayıtda idarələrdə qarı təmizləməyə görə pul yığılır

8-02-2014, 07:45
Oxunub: 2 908 Poliklinikalarda işləyən həkimlərdən qar təmizləməmələrinə görə, 1 manatdan pul yığılır

Sumqayıtda yağan qardan sonra vəziyyət pis olaraq qalır. Şəhərin kommunal sisteminin çöküşü ilə müşahidə olunan real duruma, yerli məmurların fürsətçilliyi də daxil olub. lkənin üçüncü ən böyük şəhərində qarla bağlı yeni pulyığma üsulu işə salınıb.

Məlumatlarda deyilir ki, əksər idarə və müəssisə rəhbərləri yağan qarın təmizlənməsi prosesinə işçilərini cəlb etməyə çalışıblar. Bəzi idarələrdə bu işə yarasa da, bir çoxlarında etirazla qarşınalıb. Çatan bilgilərdə qeyd olunur ki, etirazlardan biri Sumqayıtdakı poliklinikalarda qeydə alınıb. Belə ki, poliklinikanın rəhbərliyi işçiləri başına yığaraq, onlardan ərazidəki qarı təmizləməyi tələb edib. Lakin bu tapşırıq etirazla qarşılandıqda müdir işçilərinə bildirib ki, bunun tək çıxış yolu 1 manatdan yığaraq, ona verilməsidir. Və bunu da belə əsaslandırıb ki, həmin yığılan pulları fəhlələrə verərək, onların vasitəsi ilə qarı təmizlətdirəcək.

Qeyd olunur ki, pul məsələsinə də sərt etiraz edən həkimlərin bu dəfəki addımı isə işə yaramayıb. Ona görə də, hər biri 1 manatlarından keçərək, onu poliklinikanın rəhbərliyinə verməli olublar.