Neftçala İcra başçısı ilə sahibkarlar arasında qarşıdurma
8-02-2014, 08:30
Oxunub: 5 989
Neftçalada İsmayıl Vəliyevin pul yığma istəyi iş adamlarını ayağa qaldırıb, rayonda aksiya gözlənilir
Bir qrup neftçalalı sahibkar rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin istefası tələbi ilə aksiyaa hazırlaşır.Bolgexeber.com xəbər verir ki, bu barədə Dia.az-a rayondakı iş adamları məlumat verib.
Xəbəri verən sahibkarlar bildirir ki, artıq iki ildir yerli iş adamları ilə icra başçısının arasında problem yaşanır: «Hətta bu problem səbəbindən İsmayıl Vəliyevin ən yaxın adamı belə həbsə göndərildi. Amma deyəsən, başçı öz bildiyindən əl çəkmək istəmir. Bəlkə də o, ümid edir ki, bizi öz istədiyi qanunlara, əvvəlki iş yerində hökm sürən rejimə öyrəşdirə biləcək».
Narazı iş adamlarının sözlərinə görə, əgər İsmayıl Vəliyev özbaşına olaraq müəyyən etdiyi pul yığımını dayandırmasa, onlar etiraz aksiyası keçirəcəklər: «Bütün rayondakı obyektlərdən yeni il başlayar-başlamaz pul yığmağa başlayıblar. Hamıya deyirlər ki, başçının tələbidir. Obyektlərimizin qarşısını öz pulumuzla təmir etdik. Halbuki həmin işlər icra başçısının ayağına yazıldı. Büdcədən nə qədər pul sildilər. Tamam, buna göz yumuruq. Amma bizdən əlavə haqq yığmağını dayandırmalıdır».
Onu da bildirək ki, sahibkarların tələbilə bağlı icra hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmayıb. Lakin yenə də qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq…
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər