BolgeXeber.Com » Bölgə » Şirvan «Yağ Piy» Zavodunun direktorunun məhkəmənin qərarına hörmətsizlik

Şirvan «Yağ Piy» Zavodunun direktorunun məhkəmənin qərarına hörmətsizlik

10-02-2014, 06:40
Oxunub: 3 883 Eldəniz Quliyev onun zavodunda həlak olmuş şəxsin nəvələrinə verilməli olan müavinəti ödəməkdən imtina edir

Şirvan şəhərində yerləşən «Yağ-Piy» Zavodunun direktoru Eldəniz Quliyev 1993-cü ildə onun rəhbərlik etdiyi müəssisədə bədbəxt hadisə nəticəsində həlak olmuş vətəndaşın nəvələrinə müavinətin verməkdən imtina edir. Bunu Jam.az-a dünyasını dəyişmiş Rza Qədirovun oğlu məlumat verib.

O bildirib ki, hadisənin üzərindən 10 il keçəndən sonra müəyyən ediblər ki, həmin müavinət dünyasını dəyişmiş şəxsin azyaşlı nəvələrinə verilməlidir. Çünki bunun üçün qanuni əsaslar olub. Ona görə ki, R.Qədirovun bir oğlu Mirzəxan Qədirov Qarabağ döyüşlərində şəhid olub və onun iki uşağı qalıb. Eyni zamanda, Qədirovun bir başqa oğlu Məzahir Qədirov da dünyasını dəyişib və onun da bir uşağı qalıb.

Şikayətçi olan şəxs bildirir ki, uzun süründürməçilikdən sonra həmin müavinəti bərpa edə biliblər. Qanunda da göstərildiyi kimi, bu uşaqlar 23 yaşına kimi həmin pulu almalıydılar. Lakin zavodun direktoru Eldəniz Quliyev 2010-cu ildə həmin müavinətin verilməsi barədə qərar çıxarıb. «Ona müraciət etdikdə bildirdi ki, məsələni məhkəmə araşdırmalıdır. Biz də Şirvan Məhkəməsinə müraciət etdik və məhkəmə müavinətin verilməsi barədə qərar çıxardı. Lakin Quliyev bu qərarla razılaşmayıb, ondan apellyasiya şikayət verdi ki, Şirvan Apellyasiya Məhkəməsi də həmin qərara baxaraq, əvvəlki instansiyanın qərarını qüvvədə saxladı. Amma zavodun direktoru bu qərarları ədalətsiz sayaraq, onlardan kassasiya şikayət verib».

Şikayətçi bildirir ki, «Yağ-Piy» zavodunun direktorunun əsas məqsədi işi daha da süründürərək, bu müavinəti vermək istəmir. Məsələdə korrupsiya elementlərinin olduğunu iddia edən Şirvan sakini qşeyd edir ki, bununla bağlı aidiyyatı qurumlardan kömək istəyir. O, dövlət başçısına da müraciət edərək xahiş edir ki, prezidentin ona yardımçı olmasını istəyir.