Oqtay Şirəliyevə yeni müavin gəlir?
11-02-2014, 08:15
Oxunub: 4 860
Yavər Camalovun adamı kimi tanınan Şirvanın baş həkimi Fərhad Səfərov yaxın günlərdə Səhiyyə Nazirliyində yüksək post tutacaq
Yaxın günlərdə Səhiyyə Nazirliyində kadr dəyişikliyi gözlənilir. Bu barədə məlumat etibarlı mənbələrdən daxil olub.
Həmin məlumatda deyilir ki, nazirlikdəki kadr dəyişikliyi müavinlərdən birinin işdən çıxarılması və onun yerinə təyinatın olunmasını ehtiva edəcək. Belə ki, işdən çıxarılacaq müavinin adı məlum olmasa da, onun yerinə gələcək şəxsin kimliyi isə bəllidir. Verilən məlumatda vurğulanır ki, nazir Oqtay Şirəliyevin yeni müavini Şirvan şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərov olacaq.
Bildirilir ki, Fərhad Səfərovun belə yüksək vəzifəyə çəkilməsi onun Müdafiə sənayesi naziri Yavər Camalovun ən yaxın adamlarından biri olmasıdır. Təyinatın isə yaxın günlərdə reallaşacağı gözlənilir.
Qeyd edək ki, nazirin ən yaxın adamı kimi ad çıxarmış Şirvanın baş həkiminin nə qədər bacarıqlı olması ilə bağlı heç də müsbət fikirlər mövcud deyil. Bu barədə apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Səfərovun rəhbərlik etdiyi xəstəxanada lazımi qədər personal və avadanlıq olmasına baxmayaraq, vətəndaşlara normal münasibət göstərilmir.
Jam.az-a çatan bilgilərə görə, belə vəziyyət vətəndaşlarla davamlı olaraq mübahisələrin yaranmasına rəvac verir. Eyni zamanda, Şirvan Mərkəzi Xəstəxanasında həkimlərin xəstələrdən pul tələb etdikləri də verilən məlumatlar sırasındadır. Deyilənlərə görə, pasient pul vermədiyi təqdirdə onlara heç bir tibbi xidmət göstərilmir.
Bir başqa məlumatda isə deyilir ki, əslində Şirvan Mərkəzi Xəstəxanasını idarə edən baş həkim Fərhad Səfərov yox, onun şöbələrindən birinə rəhbərliu edən Sabirabadlı Akif Rüstəmovdur. Məlumatı verən şəxslər qeyd edirlər ki, Rüstəmov baş həkimi saymadan bildiklərini edir. Onun qarşısını almaq hələlik heç kimə qismət olmayıb.
Maraqlıdır ki, bir şəhərin səhiyyəsini idarə edə bilməyən şəxs Səhiyyə Nazirliyinəd o cür məsuliyyətli vəzifəsinin öhdəsindən necə gələcək?
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər