Cəlilabadın icra başçısı Qəzənfər Ağayevi əvəz edəcək
11-02-2014, 10:15
Oxunub: 4 999
Əziz Əzizov Qəzənfər Ağayevi, ARDNŞ-in idarə rəislərindən biri isə Rövşən Bağırovu əvəzləyəcək
Xəbər verdiyimiz kimi, hökumət icra başçılarını dəyişmək üçün prosesə start verib. Fevralın 15-dən sonra bəzi icra başçılarının işdən çıxarılacağı, bəzilərinin isə başqa vəzifəyə keçiriləcəyinə dair bilgilər də mövcuddur.
JAM.AZ-ın əldə etdiyi məlumatlara görə, daha iki rayonun icra başçısı ilə bağlı məsələ qətiləşib. Həmin məlumatlarda deyilir ki, Cəlilabadın icra başçısı Əziz Əzizov Astaraya göndəriləcək və o, Qəzənfər Ağayevi əvəzləyəcək.
Mənbə bildirir ki, Qəzənfər Ağayevlə bağlı rəsmi qurumların mövqeyi hələ xeyli əvvəldən qətiləşibmiş. Buna səbəb onun Masallıda icra başçısı olarkən bazar qalmaqalı yaratması, ardından analoji addımı Astarada da atması olub. Qeyd edilir ki, Astaradakı durumu bərbad hala salandan sonra isə onun işdən çıxarılması məsələsi tam dəqiqləşib. Əzizovu ora göndərməkdə məqsəd isə sərhəd rayonu olan Astaradakı durumu normallaşdırmaq və prosesləri nəzarət altında almaqdan ibarətdir.

Bir digər təyinat isə Leriklə bağlı olacaq. Uzunmüddətdir bu rayona başçılıq edən Rövşən Bağırovun adı həm bir sıra qalmaqallı məsələlərdə hallanır, həm də onunla bağlı gəlinən yekun qənaət işinin öhdəsindən artıq gələ bilməməsindən ibarətdir. Məlumat verən mənbənin sözlərinə görə, Rövşən Bağırovu kənar şəxs deyil, elə ARDNŞ-in idarə rəislərindən biri əvəzləyəcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər