BolgeXeber.Com » Bölgə » Laçınlı məcburi köçkün icra başçısından prezidentə şikayət edir

Laçınlı məcburi köçkün icra başçısından prezidentə şikayət edir

12-02-2014, 05:50
Oxunub: 3 611 "Çox acınacaqlı haldır ki, Laçın Rayon İcra Hakimiyyəti bu saxta diplomluların adını hallandırmamağımı və bunun da qarşılığı olaraq işlə təmin olacaqımı vəd verdi"

Bolgexeber.com-un elektron poçtuna Laçın payonunun Fingə kənd sakini , Rzayev Nizami Rza oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Məktubu olduğu kimi təqdim edirik:
“Hörmətli Agentlik! Mən orta təhsilli mühasibəm.1993-cü ilin fevral ayından 2012-ci ilin oktyabr ayına qədər Laçın rayon İHB-nın Qozlu kənd üzrə nümayəndəliyində Baş məsləhətçi (mühasib) vəzifəsində çalışmışam.YAP-in üzvü və Qarabağ müharıbəsi veteranıyam. İşlədiyim müddət ərzində heç bir cəza və töhmət almamışam. İşimlə və siyasi baxışımla Ulu Önərimiz H.Əliyevin siyasi kursuna sədaqətlə xidmət etmişəm. Atam Rzayev Rza Şahmar oğlu Böyük vətən müharibəsi illərində pioner olmasına baxmayaraq vətənin azadlığı naminə yay tətillərində işləyib əldə etdiyi 15000(on beş min) manat pulu tank alınması üçün dövlət büdcəsinə keçirmiş və SSR-i üzrə bu təşəbbüsə qoşulmuş 4 nəfərdən biri olmuşdur.Üç əmim və bir qardaşım Qarabağ müharibəsi əlilidir.

Bacımın həyat yoldaşı Qarabağ müharibəsində şəhid olub və ölümündən sonra göstərdiyi sücaətə görə Ulu Öndərimiz tərəfindən İgidlik Ordeni ilə təltif olunmuşdur. Hazırda Fingə kənd orta məktəbi İ.Quliyevin adını daşıyır. Bütün varlığımızla dövlətə və dövlətçiliyə bağlı olmaqla yanaşı Ulu Öndərimiz H.Əliyev siyasi kursuna sədaqətlə xidmət etmişik.Hazırda ailənin tək oğlu olmasına baxmayaraq oğlum Rzayev Tural N saylı hərbi hissədə vətənə xidmət edir. 2012-ci ilin oktyabr ayında Laçın RİHA-nin sabiq başçısı R.Cəbrayılov orta təhsilli olmağımı bəhanə edərək məni tutduğum vəzifədən azad etdi. Çox acınacaqlı haldır ki, məni azad etdikdən sonra həmin vəzifəyə yenidən orta təhsilli təyin olundu.

Bu qanunsuzluqa dözməyib öz narazılığımı Laçın RİHA-na bildirdikdə həmin vəzifəyə təyinat almış şəxsin Ali təhsil haqda sənəd təqdim etdyi və bu sənədin saxta olub olmamasının heç bir əhəmiyyətinin olmaması mənə bildirildi. 2013-cü ilin mart ayının 4-də Laçın RİHA-nın başçısı R.Cəbrayılov Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının sərəncamı ilə tutduğu vəzifəsindən azad edildi və həmin vəzifəyə A.Səlimov təyin olundu. Hesab edirdim ki, A.Səlimov bu qanunsuz əməllərin qarşısını alacaq.A.Səlimov Laçın RİHA-na başçı təyin olunduğu 11 ay ərzində 4 dəfə qəbulunda olub bildirmişəm ki, mənim yerimə təyin olunmuş şəxsin Aili təhsil haqda təqdim etdiyi diplom saxtadır.

Dediklərimin doğru olmasını və hətda məlumatlı olduqlarını Laçın RİHA təsdiq etsəd ə heç bir əməli tədbir görülmədi. Çox acınacaqlı haldır ki, Laçın Rayon İcra Hakimiyyəti bu saxta diplomluların adını hallandırmamağımı və bunun da qarşılığı olaraq işlə təmin olacaqımı vəd verdi. Lakin bu günə kimi heç bir içlə təmin olunmamışam. Bu gün iqtisadi inkişaf yolunda olan Azərbaycan respublikasında ailəmiz iqtisadi böhran içində yaşayır.1992-ci ildə yaşadığımız dəhşətli və amansız köçkünlük həyatını yenidən yaşayırıq. Kimə və hara müraciət edəcəyimizi bilmirik.
Hörmətli Agentlik!

sizin portalınız vastəsiylə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarına müraciət edirəm.

Cənab Prezident!

Azərbaycan xalqının Ümumilli lideri, mərhum Prezidentimiz H.Əliyev cənabları bütün məmurlara tapşırıq və tövsiyyələrində bildirirdi ki, ədalətsizliklə ədaləti bərpa etmək olmaz.Bu gün Laçın rayonunda hakim olan ədalətsizliklərin aradan qaldırılmasına, ədalətin hakim olmasına dair və eyni zamanda pozulmuş vətəndaş hüquqlarımızın bərpa olunmasına dair aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edirəm”.

Laçın payonunun Fingə kənd sakini , Rzayev Nizami Rza oğlu
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
Bolgexeber.com