BolgeXeber.Com » Bölgə » İmişlidə icra başçısının 2013-cü ildəki fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib

İmişlidə icra başçısının 2013-cü ildəki fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib

13-02-2014, 15:40
Oxunub: 3 915 Rayonda 10-dan çox yeni məktəb binası inşa olunub, 5 məktəb binası əsaslı təmir edilib

Ötən il rayonda görülən işlər və qarşıda duran əsas vəzifələr İmişli rayonunda keçirilən hesabat yığıncağında ətraflı təhlil olunub. Əvvəlcə rayonda istehsal olunan sənaye və kənd təssərüfatı məhsullarının sərgisi ilə tanışlıq olub. Sonra İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 2013-cü ilin social-iqtisadi inkişafının yekunları və qarşıda duran əsas vəzifələr barədə məruzə edib. Bildirib ki, ötən il rayonda ümumdaxili məhsulun həcmi 5,3 faiz artıb. Bu artım sənayedə 35,4, kənt təssərüfatında isə 25,6 faiz təşkil edib. Dövlət proqramı çərçivəsində İmişli rayonunda tikinti, abadlıq və quruculuq işləri davam edib. Şəhərin hər iki çıxış və girişi yenidən qurulub. Küçə boyunca işıqlandırma sistemi təzələnib, yerə üzlük döşənilib. Yol kənarlarındakı hasarlar milli arxitektura qaydalarına uyğun yenidən qurulub. Divarlara milli ornamentlərə uyğun bəzəklər vurulub. Mərkəzi küçələrdə olan darvazalar da yeniləri ilə əvəz edilib. Şəhərdə həmçinin 30-dan çox inzibati binaların fasadları və dam örtükləri yenisi ilə əvəz edilib. Binalara milli arxitektura və müasir üslubda üzlüklər vurulub, eyvanları təzələnib. H.Əliyev adına park da tamamilə yenidən qurulub, bayraq meydanınadək ərazisi genişləndirilib. Parkda ağac və gül kolları əkilib, yerə üzlük döşənilib, oturacaqlar qoyulub. Rayonda ən müasir tələblər səviyyəsində H.Əliyev mərkəzi, Gənclər Mərkəzi, Regional Ədliyyə şöbəsi, Olimpya İdman kompleksi və Şahmat məktəbi istifadəyə verilib. Dəmir yol vağzalının binası da yenidən qurulub, ətrafı abadlaşdırılıb. 136 çarpayılıq Mərkəzi rayon xəstəxanası da artiq həkimlərin və rayon sakinlərinin sərəncamına verilib. Rayonda 10-dan çox yeni məktəb binası inşa olunub, 5 məktəb binası əsaslı təmir edilib. Şəhərin qaz təssərüfatı da tamamilə yenidən qurulub. Hesabat yığıncağında həmçinin bildirilib ki, bu il rayonun bütün kəndlərində qazlaşdırma işləri aparılacaq, kənd və qəsəbə yollarının əsaslı təmiri və yeni otel kompleksinin tikintiləri davam edəcək.