Kəmaləddin Heydərovun adından istifadə edən hansı məmurdur?
14-02-2014, 05:50
Oxunub: 5 000
Kəmaləddin Heydərovun adını tez-tez tələffüz edən Bahəddin həkim Şəmkir-Gədəbəy zonasında hamıya «xox» gəlir
Şəmkir-Gədəbəy zonasına yenicə TSEK sədri təyin edilmiş Bahəddin həkimdən narazılıq edirlər. Bununla bağlı məlumat verən şəxslər bildirirlər ki, 24 saylı Şəmkir-Gədəbəy TSEK-də heç də yaxşı hadisələr yaşanmır və onun sədri daha çox şəxsi maraqları zəminində işini qurub.
Məlumatda deyilir ki, sözügedən TSEK-in sədri bu ilin yanvarında dəyişlilib və burun-boğaz həkimi olan Bahəddin doxtur kimsədən çəkinmədən bildiyini edir. Rayon camaatı bildirir ki, sözügedən komissiya sədri özünü fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qudası kimi təqdim edərək, kimsədən çəkinmədiyini deyir. Üstəlik, nazirin adından sui-istifadə edərək, əlillik dərəcəsi, pensiya almaq istəyənlərdən pul yığır.
İddia edilir ki, Bahəddin həkim təkrar komissiyaya gəlmiş şəxslərdən 150 manat tələb edir. Deyilən məbləği verməyənləri isə buraxmayıb, növbəti mərhələyə saxlayır. Həmin mərhələdə isə 600 manat almadan onlara qrup-filan vermir.
Jam.az-a məlumat verənlər deyirlər ki, TSEK sədri həftənin 3 günü Şəkmirdə olsa da, digər iki gününü Gədəbəydə keçirir. Hətta adam çox olduqda bazar günləri də həmin rayona təşrif apararaq, orada komissiya təşkil edir. Onların sözlərinə görə, ucqar dağ rayonunda bəzən müraciət edənlərin sayı 200 nəfərdən çox olur.
Şəmkir camaatının bildirdiyinə görə, yerli məmurlar da artıq Bahəddin həkimdən çəkinirlər. Elə buna görədir ki, ondan edilən bütün şikayətlər cavabsız qalır. Hətta məmurlar onun adını eşitdikdə «Sən Allah, şərin bizdən uzaq elə. Başımızı ağrıtmaq istəmirik» deyirlər.
Üstəlik, TSEK sədri onun sözünün qarşısına söz qoyana çatdırır ki, onunla üz-üzə gəlməsin. Bir növ hər kəslə hədə dilində danışmağa artıq adət etməyə başlayıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər