Zaqatalada icra başçısı ilə idarə müdiri arasında qalmaqal yaşanıb?
14-02-2014, 16:00
Oxunub: 6 336
Əyalətlərdə baş verən məmur özbaşınalıqları artıq pik həddədir
Bolgexeber.com bildirir ki, bölgələrdə bəzi rayon icra hakimiyyətləri başçılarının idarə rəhbərlərini sıxışdırması və konkret olaraq aylıq haqq qoyması hər kəsə bəllidir. Son zamanlar idarələrdə qərəzli şəkildə aparılan yoxlamaların səbəbkarları da məhz icra başçıların xüsusi göstərişindən irəli gəlir. Belə ki, bəzi icra başçıları yüksək post tutan qohumları hesabına rayondakı idarə rəhbərlərini sıxışdıraraq, onların işində fəaliyyət yaradırlar. Ən sonda isə müəyyən bəhanələr gətirərək işdən kənarlaşdırılmaqla yanaşı istintaqa cəlb olunurlar. Belə icra başçılarından biri də Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadədir. Zaqatala rayonunda icra başçısı ilə idarə müdiri arasında baş verən qalmaqalın ölkə mətbuatından gizlədilməsində məhz Əhməd Əhmədzadənin böyük rolu olub. Zaqatala rayonundakı mənbəmizin verdiyi məlumata görə, bir müddət öncə ölkə başçısının rayona səfəri ərəfəsində icra başçısı bütün təşkilatlara xüsusi göstəriş vermişdi ki, rayon ərazisində quruculuq abadlıq işlərinə xərclənəcək pulları şəxsi vəsaitləri hesabına ödəyəcəklər. Bəzi idarə rəhbərləri yumşaq oturacaqlarını qorumaqdan ötrü icra başçısının göstərişinə məhəl qoyaraq verilən tapşırığı yerinə yetirəcəyinə söz vermişlər. Lakin Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov icra başçısına bildirib ki, ölkə rəhbəri rayona səfər edib qayıtdıqdan sonra çəkdiyi xərcləri mənə qaytaracaqsınız. İcra başçısı Mübariz Əhmədzadə idarə rəhbərinin bu dərəcədə kəskin şəkildə çıxış etməsindən bərk əsəbləşərək, qardaşı Əhməd Əhmədzadəyə xahiş edib ki, Fikrət Şərifovun idarəsi yoxlanılsın və özüdə bu çıxışlarına görə məsuliyyətə cəlb olunsun. Bir sözlə desək icra başçısı idarə rəhbərinin abadlıq işləri üçün xərclədiyi pulun arxasından keçməsinə görə nə lazımdırsa addım atacağına özünə söz verib.
Hətta verilən məlumatda o da vurğulanır ki, Əhməd Əhmədzadə kollegiya iclasında Fikrət Şərifova bərk əsəbləşərək onun barəsində ölçü götürəcəyini vurğulayıb. Belə desək ASC sədri qardaşına qarşı olan hörmətsizliyi qəbul edə bilməyib. Bunun üçün də idarə rəhbərinin biabırçı şəkildə işdən qovulması üçün lazımi tədbirlər həyata keçirməkdə davam edir.
Araşdırmalarımız davam edir. Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq..
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər