BolgeXeber.Com » Bölgə » Oğuz rayon Suvarma Sistemləri İdarəsinin rəisi özünə yeni biznes qurub

Oğuz rayon Suvarma Sistemləri İdarəsinin rəisi özünə yeni biznes qurub

17-02-2014, 11:20
Oxunub: 9 951 Oğuzda çaylarda «təmizlik» "əməliyyatı"i

Heç kimə sirr deyil ki, ölkəmizin ən imkanlı və varlı ailəlri məmur ailələridir. Ən azından Bakıda və rayonlarda kiçik idarə müdirlərinin özlərinin və övladlarının sürdüyü lüks maşınlar, yaşadıqları dəbdəbəli villalar, həyat tərzləri və qurduqları biznes sahələri belə qənatə gəlməyə imkane verir. Sözsüz ki, sıradan azərbaycanlını bütün bunlar heyrətləndirmir, çünki çoxdan sıradan azərbaycanlı üçün bu hal təbii hala çevrilib. Hər halda uzun illər boyu bu halı müşahidə edənlər üçün bunda qeyri-adi heç bir şey qalmayıb. Amma işin qeyri-adiliyi var.

Hər halda heç bir məmur, heç bir idarə müdiri iddia edə bilməz ki, özünün və övladının sürdüyü maşını, yaşadıqları bahaları evləri, xərclədikləri pulları orta hesabla 300-400 manatlıq maaşları əldə ediblər. Faktiki olaraq məmurların aldıqları maaş onların bir günlük xərclərini belə ödəmir. O zaman təbii olaraq aksioma yaranır. Məmurların lüks maşınları, dəbdəbəli villaları, kef məclislərinə xərclədikləri pullar dövlət büdcəsindən məniməsnilən vəsaitlərdir.

PİA.AZ-a Oğuz rayonundan daxil olan məlumatda göstərilir ki, Oğuz rayonunun Suvarma Sistemləri İdarəsinin müdiri rayonun ən imkanlı və varlı-karlı adamlarından biri olaraq tanınır. Belə ki, icra başçısı Eyvaz Qurbanovla yaxınlığı ilə tanınan idarə müdirinin lüks avtomobilləri, (idarə müdirinin özünün sürdüyü avtomobilin qiymətinin 60 min manat olduğu iddia olunur), dəbdəbəli villası, Oğuzda və qonşu rayonlarda bir sıra obyektləri olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, Oğuz Suvarma Sistemləri İdarəsinin müdiri Nizami Əhmədovun aylıq qazancı təqribən 8-9 min manat təşkil edir. Yəni normalda Oğuz rayonunda kiçik bir məmur faktiki olaraq hər ay dövlət büdcəsindən 20-30 min manat mənimsəyir və bəzi «qurumların», yaxın ətrafının payını verdikdən sonra minimum mənimsənilən vəsaitin üçdə bir hissəsini özünə saxlayır.

Qeyd edək ki, son iki ildə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Oğuz rayon Suvarma Sisitemləri idarəsinə 500 mindən çox vəsait ayrılıb və həmin vəsaitlər sənədləşdirmələrdə texnikalara ehtiyyat hissələrinin, tikinti matreallarının, elektrik və digər maşın avadanlıqlarının alınmasına, eyni zamanda su nasoslarının cari təmirinə xərcləndiyi qeyd olunub. Və Suvarma Sistemləri İdarəsinin həyata keçirdiyi satınalmalarda idarə müdiri Nizami Əhmədovun şişirtmələrə yol verərək ayrılan vəsaitin yarıdan çoxunu mənimsədiyi daxil olan məlumatda qeyd olunur. Eyni zamanda idarə müdirinin rayon kəndlərində fəaliyyət göstərən drenlərin təmizlənməsi, yenidən istifadəyə verilməsi əməliyyatındanda hər il külli miqdarda qazanc əldə etdiyi bildirilir.

Lakin Oğuz rayon Suvarma Sistemləri İdarəsinin müdiri Nizami Əhmədovun əsas gəlir yeri rayonda olan çayların yataqlarının təmizlənməsi və bəndlərin möhkəmləndirilməsində həyata keçirilən maliyyə maxinasiyalarıdır. Bu barədə Daxil olan məlumatda göstərilir ki, ötən il Qala çay üzərində Padar , Yemişənli, Daşağıl çay sistemində Baş Daşağıl və Muxas kəndlərinin əkin sahələrinin mühafizəsi üçün 1278 p/m daş beton bəndləri tikilməsində, 176 min m3 çay yatağının təmizlənməsi işlərinin aparılmasında, Xal-xal çay sistemində 336 min m3 çay yatağının sıyrılması və təmizlənmə işləri aparılmasında, Oğuz çay sistemində Bayan kəndinin mühafizəsi üçün 150 p/m üzlük beton bəndləri tikilməsində, 324 min m3 çay yatağının təmizlənməsi işləri aparılmasında, Türyan çay sistemində 381 min m3 çay yatağının təmizlənməsi işləri aparılmasında külli miqdarda vəsait mənimsənilib.

Məlumata əsasən çayların yataqlarının təmizlənməsi və bəndlərin vurulması üçün Oğuz rayonunun yerli büdcəsindən, həmçinin Meliorasiya və Su Təsərrüfatı ASC-dən yarım milyondan artıq vəsait ayrılıb. Mənbə iddia edir ki, ayrılan vəsaitin ən azı 200 min manatı mənimsənilib. Və bu maliyyə maxinasiyası saxta Forma 1-lərin tərtib olunması, həmçinin qiymətlərin şişirdiməsi vasitəsi ilə həyata keçirilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…