BolgeXeber.Com » Bölgə » Tovuzda icra başçısının göstərişinə görə həkimlərə küçə təmizlətdirirlər?-FOTO
Tovuzda icra başçısının göstərişinə görə həkimlərə küçə təmizlətdirirlər?-FOTO
18-02-2014, 07:00
Oxunub: 4 457
Tovuz rayonunda küçələrin təmizlənməsi və süpürülməsi işini deyəsən, həkimlərə həvalə ediblər. Verilən məlumata görə, rayonun icra başçısının göstərişinə əsasən şəhər mərkəzi və qəsəbələri təmiz saxlamaq üçün bütün qüvvələrdən istifadə olunmalıdır.
Qeyd edək ki, bu tapşırıq mahiyyət etibarı ilə çox yaxşı işlərə vəsilədir. Amma bunu həkimlərin əliylə həyata keçirmək, onlara küçə süpürtdürmək heç bir kriteriyaya sığmır. Hər ay 150-200 manat əmək haqqı alan bu insanların, bir də səhiyyənin keçşiyində durmalarını nəzərə alıb, onların əlinə süpürgə verərək, küçə süpürdürmək heç də yaxşı hal sayılmır.
Bu foto Tovuzun Qovlar qəsəbəsində çəkilib. İcra başçısının yaşadığı və doğulduğu kəndin nümunəvi olması üçün nəinki həkimlərin, hətta müəllimlərin də bu cür «imkan»larından istifadə edirlər.
Jam.az-a verilən məlumata görə, ötən yay prezident İlham Əliyev rayona gələcəkdi deyə, icra başçısı həkimlər və müəllimlərə dəmir hasarları belə rənglətdirirdilər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər