BolgeXeber.Com » Bölgə » Mingəçevirdə başçının müavini vətəndaşın torpağını başqasına satıb

Mingəçevirdə başçının müavini vətəndaşın torpağını başqasına satıb

18-02-2014, 12:15
Oxunub: 3 669 Mingəçevirin icra başçısının müavini sakinləri təhqir edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları sonuncu çıxışında üzünü məmurlara tutaraq demişdir: “Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır”.

Ancaq çox təəssüf ki, bəzi məmurlar ölkə başçısının bu müdrik sözlərini qulaqardına vururlar. Belə məmurlardan biri də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Qəniyev Əli Heybət oğludur.
Qafqaznews.az saytının elektron poçtuna daxil olan məlumata görə İcra başçısının müavini vətəndaşlara qarşı kobudluq edir. Məlumatda bildirilir ki, Əli Qəniyev vətəndaş Cəfərov Yasəfi təhqir edərək onun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur.

Belə ki, şəhər İcra hakimiyyəti başçısının müavini vətəndaş Cəfərov Yasəfə məxsus olan torpaq sahəsini qanunsuz olaraq başqa bir vətəndaşa satılmasını təşkil etmişdir. Cəfərov Yasəf torpağın ona məxsus olmasını sübut edən sənədləri icra başçısının müavininə təqdim edərək, hüquqlarının bərpa olunmasını tələb etmişdir. İcra başçısının müavini vətəndaşı dinləmək əvəzinə onun sənədlərini yerə tullayaraq özünü də otaqdan qovmuşdur.
Vətəndaş ümid edir ki, onun müraciətindən sonra hüquqları bərpa olunacaq və icra başçısının müavini haqlı cəzasını alacaqdır.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com