Kürdəmirdə çobanlarla fermer əlbəyaxa oldular
19-02-2014, 08:40
Oxunub: 4 250
Rüstəmova yumruq, ağac və küt alətlə ağır xəsarətlər yetiriblər.
Kürdəmir rayonunda torpaq üstündə dava düşüb.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Sığırlı kənd sakini olan fermer, 1951-ci il təvəllüdlü Rüstəmov Polad Ayazxan oğlu ilə Ağsu rayonundan olan çoban 1955-ci il təvəllüdlü Mürşüdov Yusif Əflatun oğlu arasında dava baş verib.
Hadisə zamanı Yusif Mürşüdov və onun oğlu 1988-ci il təvəllüdlü Daşqın Mürşüdov fermer Polad Rüstəmova və onun oğlu, 1978-ci il təvəllüdlü Samir Rüstəmova yumruq, ağac və küt alətlə ağır xəsarətlər yetiriblər.
Ata və oğul qolun və ayağın sınığı, ağır kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı Yusif və Daşqın Mürşüdovlar isə yüngül xəsarət alıb. Məlumata görə, Polad Rüstəmov uzun illərdir ki, Sığırlı kəndində heyvandarlıq və əkinçiliklə məşğul olur.
Çobanlar isə həmin kəndin ərazisində Ağsu rayonundan olan bir fermerin mal-qarasını otarırlar. Onlar arasında mübahisənin 50 hektar torpaq sahəsi üstündə baş verdiyi bildirilir. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər