Bu iki icra başçısı haqda artıq qərar verilib
19-02-2014, 10:05
Oxunub: 6 417
Lerikin rəhbərinə «qara xəbəri» çatdırdılar, Şamaxının rəhbəri isə bircə səhvin güdazına gedib
Daha iki rayonun icra başçısına «qara xəbər» çatdırılıb. Həmin icra başçılarından biri Lerikə rəhbərlik edən Rövşən Bağırov olub. Məlumatda deyilir ki, ötən gün Bakıya dəvət edilən Lerikin icra başçısı ciddi şəkildə danlanılıb və onun işdən çıxarıldığı bildirilib. Rəsmi qurumların sözügedən şəxsdən əsas narazılığı isə rəhbəri olduğu rayonda qayda-qanun yarada bilməməsi və daha çox açıq şəkildə büdcə vəsaitlərinin silinməsinə şərait yaratması olduğu deyilir. Qeyd edək ki, hələ bir müddət əvvəl də Rövşən Bağırovun rayonda dövlət büdcəsindən ayrılmış pulların təyinatı üzrə xərcləmədiyinə dair məlumat vermişdik. Bildirmişdik ki, bu işdə ona yardımçı olan deputatın qardaşı ortalıqdakı milyonlarla manatı sənədləşdirsə də, böyük qismini öz şəxsi məqsədlərinə sərf edib. İşdən çıxarıldığı barədə qərar verilən ikinci icra başçısı isə Şamaxının rəhbəri Asif Ağayevdir. Qeyd edək ki, sözügedən şəxsin başına belə bir işin gəlməsinə səbəb buraxdığı tək bir səhv olub. JAM.AZ-a çatan məlumata görə, rayondakı Şəhidlər Xiyabanının ərazisini «Gilan Holdinq»ə satmağa cəhd etmiş icra başçısının hərəkətləri Şamaxıda böyük etirazla qarşılanmışdı. Hətta bu hadisə rayonda durumu da dəyişdirə biləckmiş. Lakin sonradan gələn tapşırığa əsasən Asif Ağayev geri çəkilmək məcburiyyətində qalmışdı. Həmin olaydan dolayı Şamaxının rəhbərinin də işdən çıxarıldığı nəzərinə çatdırılıb.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər